Yuxarı

"Neftçi" 2800 manat cərimələndi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Neftçi" 2800 manat cərimələndi

AFFA İntizam Komitəsi "Neftçi" klubunu 2800 manat cərimələyib.

Axar.az xəbər verir ki, buna Misli Premyer Liqasının XV turunda "Qarabağ"la keçirilmiş Azərbaycan derbisində yaşananlar səbəb olub.

"Ağ-qaralar" sözügedən matçda azarkeşlərin meydana kənar əşya atmasına görə 800, fanatların kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi (bu hal ikinci dəfə yaşanıb) ucbatından 500 manat ödəyəcək. Bakı klubu meydana vaxtında çıxmadığı üçün görüş gec başlayıb və meydan sahibləri 1500 manat cərimə olunub.

"Köhlən atlar" isə tərəfdarları pirotexniki vasitədən istifadə etdiyinə görə 1500 manat ziyana düşüb. Hazırkı ölkə çempionuna azarkeşlərinin kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi (bu hal ilk dəfə yaşanıb) üzündən xəbərdarlıq edilib.

Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 3:0.

Tarix
2024.12.03 / 14:05
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp Uitkoffun Azərbaycanla bağlı məqaləsini paylaşdı

Qərargaha soxulub, Elçibəyi də, məni də vurdular - Video

İlham Əliyev Melonini təbrik etdi

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

Bu halda Azərbaycan 500 milyon manat qazanacaq

Bakıda mühüm konfrans başa çatdı: Bəyanat qəbul edildi

İlham Əliyevlə bunlar müzakirə edildi - Paşinyan

Heydər Əliyevin Naxçıvanla bağlı gördüyü işlər...

Bayramov ATƏT PA-nın prezidenti ilə görüşdü

Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla