Yuxarı

Bayraqdar Azərbaycanla imzalanan müqavilədən yazdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayraqdar Azərbaycanla imzalanan müqavilədən yazdı

Türkiyə və Azərbaycan arasında Bakı-Tiflis-Ceyhan, TANAP və Bakı-Tiflis-Ərzurum kimi layihələrlə yaradılan əməkdaşlığı Bakı Enerji Həftəsi çərçivəsində bu gün "Abşeron" qazının hasilatı ilə bağlı imzalanan müqavilə daha da irəli aparıb.

Axar.az xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdar X hesabında yazıb.

"Bakı Enerji Həftəsi çərçivəsində həmçinin həmkarlarımızla və beynəlxalq şirkətlərin nümayəndələri ilə ikitərəfli görüşlər keçirdik, təşkil edilən sessiyalarda ölkəmizin vizyonunu bölüşdük", - A.Bayraqdar bildirib.

O qeyd edib ki, Türkiyənin etibarlı tərəfdaş kimi əsas prioriteti həm ölkənin, həm də regionun enerji təchizatının təhlükəsizliyinə qalıcı töhfələr verməkdir:

"Bu istiqamətdə regional dayanıqlılığımızı artırmaq üçün təbii qaz və elektrik enerjisi sahələrində qonşularımızla olan bağlantılarımızı gücləndirməyə qətiyyətlə davam edəcəyik".

Qeyd edək ki, SOCAR, "TotalEnergies", XRG və BOTAŞ arasında "Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsindən hasil olunacaq təbii qazın bir hissəsinin - hasilatın 50 faizinin (30 milyard kub metr) 15 il müddətində Türkiyə bazarına uzunmüddətli satışı üzrə saziş imzalanıb.

Tarix
2026.06.01 / 00:34
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Nə qədər ki Bakı ilə sülh var, Rusiya... - Paşinyan

Mehriban Əliyeva bu sözlərlə xalqı təbrik etdi

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

Bu əməliyyat dünya tarixində görünməmiş hadisədir

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla