Yuxarı

“4 aydır ki, cavab gözləyirik” – Millət vəkili

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bank sistemindəki islahatlarla bağlı müvafiq hökumət qurumlarına təqdim etdiyimiz təkliflər paketi ilə bağlı Palatanın cavabını gözləyirik.

Bu barədə Axar.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov məlumat verib.

Millət vəkili bildirib ki, əslində, Maliyyə Bazarlarına Nəzarət Palatası təkliflərə bu həftə cavab verməli idi:

"Ötən həftə məsələ ilə bağlı müəyyən danışıqlar aparmışıq. Deməzdim ki, ümumi razılıq əldə olunub, ancaq müəyyən fikirlər var. Qarşıda hansı irəliləyişlərin olacağı ilə bağlı indidən nəsə deyə bilmərəm. Çünki hələ cavab məktubu almamışıq. Artıq 4 aydır cavablar gecikir. Görünür, bu sahədə çox ciddi islahalatlara getmək istəmirlər. Söhbət yalnız dollarla verilən kreditlərin qaytarılmasından getmir, həm də bankların sağlamlaşdırılmasından gedir. Hazırda banklarda vəziyyət o qədər də ürəkaçan deyil. Kredit, likvidlik və digər bir sıra problemlər qalmaqdadır. Ümumiyyətlə, qaytarılmayan kreditlərin məbləği artıb, 1,5 milyard manata yaxındır. Yəni bu məsələlər artıq müəyyən qədər öz həllini tapmalıdır".

Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Vahid Əhmədov və Əli Məslimli dollarla krediti olanların probleminin optimal həllinin sürətləndirilməsi istiqamətində hökumətə xüsusi təkliflər paketi hazırlayıb təqdim ediblər. Sözügedən təkliflər paketi xarici valyutada verilmiş kreditlərin maliyyə yükünün azaldılması üçün bir sıra güzəştlərin edilməsini nəzərdə tutur.

Tarix
2016.09.27 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla