Yuxarı

Azərbaycan məhsulları beynəlxalq sərgidə

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan məhsulları ilk dəfə olaraq Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçiriləcək “Gulfud 2017” sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunacaq.

İqtisadiyyat Nazirliyin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, 26 fevral – 2 mart tarixlərində keçiriləcək dünyanın ən iri qida sərgilərindən olan “Gulfud 2017” sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan istehsalı olan meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz, süd və süd məhsulları, çay, fındıq, konservləşdirilmiş qida məhsulları təqdim ediləcək.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən Dubayda keçiriləcək “Gulfud 2017” sərgisində iştirak edən şirkətlərin seçilməsi üçün müsabiqə keçirilib və 24 şirkət sərgidə iştirak etmək hüququ qazanıb. “Gulfud 2017” sərgisində “Made in Azerbaijan” vahid ölkə stendi Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2016-cı il tarixli “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydasının təsdiq olunması haqqında” Fərmanına uyğun olaraq yaradılıb, stendin təşkili xərcləri dövlət tərəfindən qarşılanır.

Tarix
2017.02.25 / 22:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla