Yuxarı

“Baksell”dən abunəçilərinə hədiyyə

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Baksell” şirkəti böyük məmnuniyyətlə ölkənin irimiqyaslı loyallıq proqramı olan “Ulduzum”un yeni tərəfdaşını elan edir.

Şirkətdən Axar.az-a verilən məlumata görə, Türk Hava Yolları ilə əldə olunmuş razılaşmaya əsasən, Ulduzum abunəçiləri “Miles&Smiles” beynəlxalq miqyaslı loyallıq proqramından əlavə millər əldə edəcəklər.

Belə ki, Ulduzum abunəçiləri aylıq mobil rabitə xidmətlərindən istifadəyə görə, xərclədikləri məbləğə müvafiq olaraq millər toplayacaqlar. Əlavə millər aşağıda qeyd edilən iki kateqoriya üzrə təqdim edilir:

•Daimi “Baksell” abunəçiləri ölkə daxilində xərclənən hər 1 AZN üçün 2 mil və rouminqdə xərclənən hər 1 AZN üçün 3 mil;

•Mobil Nömrə Daşınması xidməti vasitəsilə “Baksell” şəbəkəsinə keçən abunəçilər ölkə daxilində xərclənən hər 1 AZN üçün 3 mil və rouminqdə xərclənən hər 1 AZN üçün 3 mil.

Əlavə millər toplamaq üçün Ulduzum abunəçiləri “Türk Hava Yolları”nın “Miles&Smiles” üzvlük nömrəsini SMS vasitəsilə 5555 nömrəsinə göndərməlidir. Bununla yanaşı “Miles&Smiles” üzvlük nömrəsini www.ulduzum.az/miles.php səhifəsində Bakcell mobil nömrəsi ilə bir yerdə qeydiyyatdan keçirmək olar. Qeydiyyatdan keçməklə abunəçilər kampaniyanın bütün şərtlərini qəbul etmiş olurlar.

Yeni “Miles&Smiles” üzvlük nömrəsini www.turkishairlines.com saytında qeydiyyatdan keçərək əldə etmək olar.

Qeyd edək ki, 2.2 milyon nəfərdən çox abunəçisi və 220-dən çox tərəfdaşı olan Ulduzum bu gün abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərinin və proqramının tərəfdaşları olan şirkət müştərilərinin sadiqliyini təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda da ən yaxşı müştəri xidməti göstərən proqramlardan biridir.

Ulduzum proqramından istifadənin daha asan olması məqsədilə abunəçilərin istifadəsinə verilmiş “Baksell2 Ulduzum mobil tətbiqetməsini (həm iOS, həm də Android platforması üçün) www.ulduzum.az saytından yükləmək olar.

“Miles & Smiles Frequent Flyer” proqramı Türk Hava Yollarına sərnişin loyallığı yaratmaq üçün 1989-cu ildə yaradılıb. Bu proqrama dünyanın müxtəlif ölkələrindən 7 milyona yaxın insan qoşulub. Sərnişinlər Türk Hava Yolları ilə uçaraq hava mili qazana bilərlər. Onlar həmçinin “Miles & Smiles”la birgə kredit kartlarından, eləcə də mehmanxana və avtomobil icarəsi kimi təxminən 84 proqram tərəfdaşı olan şirkətlər tərəfindən təklif olunan xidmətlərdən istifadə etməklə hava mili əldə edə bilərlər.

Tarix
2017.04.26 / 17:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

İlham Əliyev Səudiyyənin energetika nazirini qəbul etdi

Azərbaycanda qurulan türk hərbi şirkəti... - General

Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir

Moskvaya gedib, Lavrovla çay içəcəm - Məmmədyarov

Pənahovun bu sözləri İrəvanı silkələdi: Hücum olacaq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla