Yuxarı

Nüfuzlu banklar Avropadakı mərkəzi ofislərini Londondan çıxarır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın daha bir nüfuzlu bankı Avropadakı baş ofisini Londondan çıxarır.

Report xəbər verir ki, ABŞ-ın "Bank of America" (BofA) bankı baş ofisini İrlandiyanın paytaxtı Dublinə köçürəcəyini bildirib. Dublinə Bankın İnvestisiya bankçılığı Departamenti köçəcək. Bu barədə Bankın baş icraçı direktoru Brayan Moynihan (Brian Moynihan) açıqlama yayıb. O, Dublinə neçə işçinin gedəcəyini bildirməyib. Qeyd edək ki, hazırda "BofA"-nın London ofisində 4 500, Dublin ofisində 700 işçi çalışır.

Xatırladaq ki, bir qədər əvvəl ABŞ-ın digər nüfuzlu bankı olan "Morgan Stanley" Avropa üzrə baş ofisini Londondan Frankfurta köçürəcəyi barədə xəbər yayıb. "Bloomberg" agentliyinin məlumatına görə, ilkin mərhələdə Bankın broker biznesinin köçürülməsi nəzərdə tutulub.

"Ernst & Young" konsaltinq şirkətinin hesabatında bildirilir ki, bir çox bank baş ofisini məhz Dublinə köçürmək istəyir. "Ernst & Young" əməkdaşlıq etdiyi 222 şirkətdən 59-nun artıq Avropa İttifaqında ofis açmaq və ya işçiləri mövcud ofislərə köçürmək istədiyini bildirib.

Tarix
2017.07.22 / 17:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

İlham Əliyev Səudiyyənin energetika nazirini qəbul etdi

Azərbaycanda qurulan türk hərbi şirkəti... - General

Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla