Yuxarı

“Kapital Bank” depozit seyflərini istifadəyə verdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kapital Bank" filialların inkişafı layihəsi çərçivəsində Gəncə şəhəri, Cavadxan küç., 24 ünvanında yerləşən Gəncə filialı nəzdində depozit seyflərini müştərilərə təqdim edir. Seyf otağında bütün zəruri təhlükəsizlik standartlarına cavab verir, həftənin 7 günü, günün 24 saatı ərzində mühafizə olunur və kompleks video nəzarət sisteminə malikdir.

Bankdan Axar.az-a verilən məlumata görə, yeni depozit seyflərində müştərilər, qiymətli kağızları, zinət əşyalarını, sənədləri, pulları və digər dəyərli əşyalarını saxlaya bilərlər. Seyfləri 30 AZN-dən başlayan qiymətlərlə, minimum 1 ay müddətə icarəyə götürmək olar. Xidmət tarifləri barədə ətraflı məlumat üçün – www.kapitalbank.az/tariffs.

Qeyd edək ki, “Kapital Bank” paytaxt ilə paralel region filiallarının inkişafını da həyata keçirir, müştərilər üçün müxtəlif xidmətlər təqdim edir. Gəncə filialından əvvəl Səbail, Mərkəz və Gənclik filiallarında da depozit seyflər istifadə verilib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2017.08.09 / 13:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla