Yuxarı

İraqın çağırışı: BP müsbət cavab verməyəcək - Şərh

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

BP İraq hökumətinin bu çağırışlarına müsbət cavab verməyəcək.

Bu sözləri Axar.az-a Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban İraq hökumətinin BP şirkətindən Kərkükdəki neft yataqlarını inkişaf etdirməsi ilə bağlı çağırışına münasibət bildirərkən deyib. O qeyd edib ki, İraq hökumətinin belə çağırış etməsi maraqlı təklifdir:

“Ancaq əgər biz son 20 ildəki dövrə nəzər salsaq, görərik ki, BP münaqişə zonalarında fəal deyil. Yəni istər “Şell”, istər “Total”, istərsə də EPSON şirkətindən fərqli olaraq, BP təhlükəsizliyə, stabilliyə önəm verir. BP hətta 2015-ci ildə İranın çağırışlarına da müsbət cavab verməmişdi. XXI əsrin əvvəllərində Yaxın Şərqdə baş verən hadisələr zamanı da BP özünə nəsə əldə etmək üçün buradakı layihələrdə iştirak etmədi. Bu şirkət ancaq Misirdə özünün layihələrini genişləndirməklə məşğul olur. Ona görə də İraqda rəsmi Bağdad və Ərbil arasında siyasi məsələlərin həllində vəziyyət normallaşana qədər BP-nin burada hansısa layihədə iştirak edəcəyini düşünmürəm. Çünki İraq yaraqlılarının iştirakilə nəinki öz ərazilərində, hətta Türkiyənin ərazisində Kərkük-Ceyhan boru kəməri ilə bağlı uzunmüddətli partlayışlar olurdu. Bütün bu məsələləri BP nəzərə alır. Yəni çağırış naminə və ordakı yatağın böyüklüyünə, cəlbediciliyinə görə BP-nin Kərkükdəki neft yataqlarını inkişaf etdirməsi ilə bağlı yeni layihələrə başlayacağını düşünmürəm”.

Qeyd edək ki, İraq hökuməti BP şirkətindən Kərkükdəki neft yataqlarını inkişaf etdirməsini istəyib.

Tarix
2017.10.20 / 00:50
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla