Yuxarı

Aralıq qazı Avropaya nəql ediləcək

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dörd ölkə Şərqi Aralıq dənizi təbii qazına dair anlaşma memorandumu imzalayıb.

Axar.az xəbər verir ki, Yunanıstan, İtaliya, İsrail və Cənubi Kipr hökuməti arasında Şərqi Aralıq dənizi təbii qazını Avropaya nəql etmək məqsədilə yaradılan birgə boru kəməri layihəsinə dair anlaşma memorandumu imzalanıb.

Yunanıstanın Enerji Nazirliyindən edilən şərhə görə, Lefkoşada təşkil edilən yığıncaqda bu ölkənin enerji naziri Yorgos Stathakis, İsrailin enerji naziri Yuval Steinitz, Cənubi Kipr hökumətindən olan həmkarı Yorgos Lakkotripis və İtaliyanın Cənubi Kiprdəki səfiri Andrea Cavallari ilə birgə Şərqi Aralıq dənizi (“EastMed”) təbii qaz boru kəməri layihəsi üzrə memorandum imzalayıb.

“EastMed” təbii qaz boru kəməri layihəsi ilə bağlı yayımlanan birgə bəyanatda isə texniki işlərin davam etdiyi və 2018-ci ildə hökumətlərarası razılaşmanın imzalanmasının nəzərdə tutulduğu bildirilib.

Ümumi uzunluğu 2 min 200 kilometr olacaq və 2025-ci ildə tamamlanması planlaşdırılan təbii qaz boru kəmərinin tikinti xərclərinin 6 milyard avro olması gözlənilir.

Tarix
2017.12.06 / 20:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla