Yuxarı

"Dəmirbank"ın ipoteka portfeli bu banklara verildi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğvetmə prosesində olan Dəmirbank ASC-nin ipoteka portfeli "Muğanbank", "Günay Bank", "Rabitəbank" və NBC Bank ASC-lərə ötürülüb.

Bu barədə APA-ya Azərbaycan İpoteka Fondundan məlumat verilib.

“Məlum olduğu kimi, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 2017-ci il 22 dekabr tarixli qərarına əsasən DəmirBank ASC-nin lisenziyası dekabrın 23-dən etibarən ləğv edilib. Qeyd olunanlarla əlaqədar, DəmirBank ASC tərəfindən Azərbaycan İpoteka Fondu ASC-nin vəsaiti hesabına verilən ipoteka kreditlərinə xidmətin həyata keçirilməsinin mümkün olmaması səbəbindən bankla bağlanmış Xidmət müqaviləsinin şərtlərinə əsasən bankda xidmət olunan ipoteka kreditləri portfeli 27.12.2017-ci il tarixindən etibarən Muğanbank ASC, Günay Bank ASC, Rabitəbank ASC və NBC Bank ASC-yə ötürülüb”,- deyə məlumatda vurğulanıb.

“Dəmirbank”ın digər banklara xidmət üçün ötürülən portfelin həcmi 37,2 mln. manat (1170 borcalan) təşkil edib.

“Hazırda portfelin ötürülməsi prosesi tam başa çatıb və qeyd olunan müvəkkil banklar tərəfindən xidmətə başlanılması ilə bağlı zəruri işlər tamamlanıb”, - deyə məlumatda qeyd olunub.

Tarix
2018.01.10 / 17:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla