Yuxarı

Qazaxıstan parlamentində qızğın müzakirə: Azərbaycan bankı...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vahid Təqaüd Yığım Fondunun Azərbaycan Beynəlxalq Bankında 250 milyon dollar həcmindəki vəsaiti Qazaxıstan üçün itirilməyib.

Axar.az xəbər verir ki, bunu Qazaxıstan parlamentində çıxışı zamanı Maliyyə naziri Baxıt Sultanov söyləyib. Onun sözlərinə görə, Astana yalnız faiz dərəcələrində itki ilə üzləşəcək.

Parlamentdə Qazaxıstanla Azərbaycan arasında ikiqat vergitutulmasından qaçılması ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Vladislav Kosarev Astananın bu vəsaitinin Azərbaycana təsir edə bilməməsi ucbatından itirildiyini bildirib. O, həmçinin, Bakı ilə maliyyə münasibətlərinə yenidən baxılmasını istəyib.

Baxıt Sultanov isə cavabında Astananın vəsaitlərinin itirilmədiyini deyib:

“İtirilmək təhdidi bankın bankrot olacağı və kreditorların əksəriyyətinin borclarının restrukturizasiyasını dəstəkləməyəcəyi halda yaranacaqdı. Hazırda bankın istiqrazları Azərbaycanın suveren istiqrazları ilə mübadilə olunub. Əvvəlki yatırımla müqayisədə fərq olacaq, amma əsas vəsaiti itirməyəcəyik. Faiz dərəcəsi 3,5% (əvvəl 8,25% idi – red.) olacaq ki, bu da suveren ölkələrin bazar qiymətlərinə yaxındır”.

Parlamentdəki müzakirəyə, həmçinin, Qazaxıstan Milli Bankının sədr müavini Alpısbay Əhmədov da qatılıb. O da maliyyə nazirinin mövqeyini müdafiə edib:

“Bizim yalnız itirilmiş mənfəətimiz var. Vahid Təqaüd Yığım Fondunun vəsaitləri saxlanılıb. Bu ölkənin reytinqi Azərbaycan Beynəlxalq Bankının reytinqindən yüksəkdir. Ona görə də risk çox azdır”.

Qeyd edək ki, Qazaxıstan 2014-cü ildə Beynəlxalq Bankın qiymətli kağızlarını əldə edib. Bank bu qiymətli kağızları 10 il müddətinə 8,25%-lə əldə edib.

Tarix
2018.01.17 / 10:29
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla