Yuxarı

Biz öz işimizi görmüşük, qalanı Brüssellikdir – Şərh

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənistan qazının Azərbaycana və Arvopaya çatdırılması üçün Xəzərin dibi ilə boru xətti çəkilməlidir.

Axar.az xəbər verir ki, bu sözləri fevralın 15-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında Avropa Komissiyasının Enerji Birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçin açıqlamasını şərh edən politoloq Elxan Şahinoğlu deyib.

“Şefçoviç Türkmənistan hökumətinin nümayəndələri ilə təmaslar qurduqlarını və Transxəzər boru kəmərinin inşası ilə bağlı mandatın onlara həvalə edildiyini bildirib. Onun sözlərinə görə, hazırda Türkmənistan qaz ehtiyatları və Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşulması müzakirə edilir. Maroş Şefçoviçin bu sözləri Azərbaycan, Türkiyə və Avropa İttifaqı üçün əhəmiyyətlidir. Çünki Türkmənistan qazının Azərbaycana və Avropaya çatdırılması üçün Xəzərin dibi ilə boru xətti çəkilməlidir. Buna Rusiya və İran imkan vermir və gələcəkdə də mane olmağa çalışacaq”, - siyasi şərhçi bildirib.

Politoloqun sözlərinə görə, rəsmi Bakı bu məsələyə görə Tehran və Moskva ilə münasibətlərini gərginləşdirmək istəmir:

“Əgər Avropa İttifaqı bu məsələni Türkmənistanla həll etsə və Moskva ilə Tehranın təzyiqlərini neytrallaşdıra bilsə, Azərbaycan Türkmənistan qazının TAP və TANAP-la daşınmasına dəstək verəcək. Türkmənistan qazının bu boru xətləri ilə daşınması Azərbaycanın bölgədəki rolunu bir az də artıracaq. Ancaq bu olmasa belə, həmin boru xətləri ilə daşınacaq Azərbaycan qazı da kifayət edəcək. Biz öz məsələmizi həll etmişik, qalanı Brüssellikdir”.

Tarix
2018.02.16 / 14:29
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla