Yuxarı

Putinin ümid etdiyi iki nəhəngdən biri çökdü

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın "Rosneft" şirkətinin prezidenti İqor Seçin ona maliyyə yardımı göstərilməsi üçün hökumətə müraciət edib.

Axar.az xəbər verir ki, şirkət rəhbərliyi bunu Qərbin "Rosneft"ə qarşı tətbiq etdiyi sanksiyalarla əlaqələndirib.

Məlumata görə, artıq "Rosneft"in iyun ayının sona olan olan borcu 1.5 trilyon rubla (44.5 milyard dollar) çatıb. Sanksiyalardan sonra şirkətin borcunun pik həddə çatacağı bildirilir. Seçin Milli Təminat Fondunun "Rosneft"in istiqrazlarının 1.5 milyard dollara alınmasını təklif edib. Lakin fondda bu qədər pulun olmadığı bildirilir.

Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, yanvarın 1-də fondda 2.9 milyard rubl var idi, amma pulların əksəriyyəti paylanıb.

İqtisadi İnkişaf Nazirliyindən göndərilən məktubda da bildirilib ki, "Rosneft"in dəstəklənməsi mümkünsüzdür, buna görə də, Baş nazir Dmitri Medvedev Seçinə kömək edə bilməyəcək.

İqor Seçin ABŞ-ın iyulun 17-də tətbiq etdiyi sanksiyanı əsassız, subyektiv və qanunsuz adlandıraraq bildirmişdi ki, "Rosneft"in Ukraynada gedən proseslərlə heç bir əlaqəsi yoxdur.

Qeyd edək ki, "Rosneft" "Qazprom"la birlikdə Rusiyanın ən böyük şirkətlərindən hesab olunur.

Tarix
2014.08.14 / 12:10
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla