Yuxarı

Şərifov Lö Drianla görüşdü: Cari ildə...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Maliyyə naziri Samir Şərifov Fransanın Avropa və xarici işlər naziri Jan-İv Lö Drian ilə görüşüb.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, S. Şərifov Azərbaycanın Fransa ilə münasibətlərə böyük önəm verdiyini, hökumətlərarası komissiyanın iki ölkə arasında iqtisadi və maliyyə dialoqunun inkişafında mühüm rol oynadığını bildirib.

Hazırda iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu, Fransa şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini qeyd edən maliyyə naziri qarşılıqlı səfərlərin münasibətlərin daha da inkişafına mühüm töhfə verdiyini söyləyib.

Fransalı nazir isə Fransa və Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələri inkişaf etdirmək üçün böyük potensialın olduğunu, xüsusilə kənd təsərrüfatı, nəqliyyat, yüksək texnologiyalar və digər sahələrdə geniş perspektivlər olduğunu qeyd edib.

Görüşdə cari ildə prezident İlham Əliyevin Parisə gözlənilən səfəri ərəfəsində Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının növbəti toplantısının keçirilməsinin vacibliyi vurğulanıb. Bundan başqa, tərəflər iki ölkə arasında iqtisadiyyat, maliyyə əməkdaşlığı, enerji, nəqliyyat, kosmik və informasiya-kommunikasiya texnologiyaları, təhsil və digər sahələrində əməkdaşlığa dair məsələlər ətrafında müzakirələr aparıb, xüsusilə ticarət-iqtisadi və investisiya əlaqələrinin inkişafı diqqət mərkəzində olub.

Tarix
2018.05.27 / 19:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla