Yuxarı

Ekspert: “Rusiya ilə bağlı vəziyyət dumanlıdır”

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya 2019-2020-ci ilə kimi sanksiyalara qarşılıq olaraq Qərbdən idxal etdiyi məhsulları öz ölkəsində istehsal edə bilər. Bunu bir neçə dəfə Putin və Medvedyev də dilə gətirib".

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert İlham Şaban deyib.

"Ancaq məsələ bundadır ki, bu vaxtadək Rusiya yaşamalıdır. Bu, indiki zamanda çox çətindir. Çünki son 14 ildə neftin qiyməti yüksələn xətlə inkişaf etmişdi - ancaq 2008-ci ildə bir il müddətində aşağı düşmüşdü. Rusiya öz iqtisadiyyatını dirçəltmək üçün böyük kapital qoyuluşu etməlidir. Bunun üçün ilk növbədə 70 milyardlıq xarici borcunu ödəməlidir. İkincisi, əgər xarici texnologiyaları özünə cəlb etməsə, xarici şirkətlərlə birləşməsə bunları nə hesabına edəcək? 1970-ci ildə Sovet İttifaqı neftin qiymətinin artması fonunda iqtisadiyyatın müxtəlif sahələrinə çox milyardlı investisiyalar etmişdi. Ancaq 1985-ci ildə borclar yarandı, 1990-cı ildə 120 milyardlıq borcla iqtisadiyyatı çökdü. Nəticədə ittifaq da dağıldı. Rusiya ilə bağlı hələ ki vəziyyət dumanlıdır. Sanksiyalar cəmi 5 aydır ki tətbiq olunub. Real olaraq 1 il vaxt keçməlidir ki, nəticəni görək. Rusiyanın Asiya-Çin siyasəti ölkənin daxili siyasətidir. Təqribən 2-3 il müddətində bunun nəticələri olacaq. Mərkəzi Asiyaya baxanda vaxtilə 2009-cu ildən sonra Rusiyanın iqtisadi baxımdan bu məkandan çıxması ilə Çinin qısa bir müddətdə, 2010-cu ildən sonra o boşluğu öz əlinə almasını müşahidə etdik".

Tarix
2014.11.27 / 09:45
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla