Yuxarı

Neft bahalaşır, xeyrimizədir, amma narahatıq - Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neft bahalaşır, xeyrimizədir, amma narahatıq - Ekspert

Neftin qiymətinin qalxmasının əsas səbəbi iqtisadi faktorlar deyil.

Bu sözləri Axar.az-a iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, beşinci gündən şənbəyə keçən gecə Ərəbistanda neft emalı zavodlarına dron hücumlarının olması neftin qiymətinin qalxmasına səbəb oldu:

“Partlayış zamanı neft hasilatı zavodlarına ciddi ziyan dəydi. Bu hadisədən sonra neftin qiymətində ciddi artım oldu. Bu faktorlar aradan qalxdıqdan sonra qiymətlər yenidən düşəcək. Bu məsələdə iqtisadi faktorlar iştirak etmir deyə, bu artımların dayanaqlı və uzunmüddətli olması gözlənilmir. Çünki neftin qiymətinin artmasında iqtisadi amillər olmasa, qiyməti yüksək səviyyədə saxlamaq olmaz. Amma hələlik dünyada gedən geosiyası proseslər müvəqqəti də olsa neftin qiymətini artıracaq”.

İqtisadçı bildirib ki, neftin qiymətinin qalxması Azərbaycan üçün sərfəlidir:

“Azərbaycan üçün təbii ki, neftin qiymətinin qalxması çox sərf edir. Amma ümumilikdə dünyada gedən proseslər bizim üçün də narahatlıq yaradır. İranla bağlı hərbi gərginlik, müharibə ehtimalı Azərbaycanı ciddi narahat edir”.

Tarix
2019.09.17 / 08:00
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla