Yuxarı

ABŞ-dan mühüm mesaj: Dollar zəifləyəcək

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çindən müsbət meyilli xəbərlərin gəlməməsi və 2016-cı il üçün neft ölkələrində müəyyən problemlərin ortaya çıxma ehtimalı FES-in (ABŞ Mərkəzi Bankı) uçot dərəcəsinin artırılması ilə bağlı qərarını əngəlləyə bilər.

Bu barədə iqtisadçı ekpert Rəşad Həsənov Axar.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, FES qiymətləndirmə apararkən dünya iqtisadiyyatını da göz önünə gətirir:

"FES-in yanvar ayına olan proqnozları açıqlamasından birja iştirakçıları və iqtisadi maraq qrupları növbəti dövrlər üçün nəticələr hazırlayacaq. Bu da təbii ki, bazarlara müəyyən təsir göstərəcək. Seçim və müzakirələrdəki məqamların ictimailəşdirilməsi daim iqtisadiyyata, birjalara və valyuta bazarlarına öz təsirini göstərir. FES-in bu addımı əhəmiyyətlidir. Müzakirələrdə çoxluq, daha səbirli davranmağa istiqamətlənmiş fikirlər növbəti dövrlərdə uçot dərəcəsinin artırılmaması yönlüdür. FES rəsmiləri ABŞ iqtisadiyyatı üzərində artan risklərdən dolayı narahatlıqlarını ifadə ediblər. Bu isə dünya bazarlarında dolların hazırkı mövqeyinə öz təsirini göstərəcək".

Ekspert hazırda mövcud olan iki yanaşmaya da aydınlıq gətirib:

"Birincisi, məşğulluq, ikincisi inflyasiyadır. İnflyasiya ilə bağlı ABŞ hökuməti hələ ki, nəzərdə tutulan hədəflərə nail ola bilməyib. Ancaq işsizliklə bağlı müsbət nəticələr açıqlanıb. 4,9 faiz işsizlik ABŞ iqtisadiyyatı üçün yaxşı göstəricidir. İşsizlik uçot dərəcəsinin artırılmasını şərtləndiririsə, inflyasiya səviyyəsinin əldə olunmaması isə azalmanı şərtləndirir. FES qiymətləndirmə apararkən paralel olaraq dünya iqtisadiyyatını da göz önünə gətirir. Çindən müsbət meyilli xəbərlərin gəlməməsi və 2016-cı il üçün neft ölkələrində müəyyən problemlərin ortaya çıxma ehtimalı FES-in uçot dərəcəsinin artırılması ilə bağlı qərarını əngəlləyə bilər".

R.Həsənovun sözlərinə görə, FES-in açıqlamaları bazaralara növbəti dövrlər üçün çox mühüm mesajlar verib:

"Ən əsası uçot dərəcəsinin artırılmamasıdır. Bu da müəyyən dövr üçün birjalarda dolların öz dəyərini itirməsinə və bunun qarşılığında digər ölkələrin valyutalarının möhkəmlənməsinə, o cümlədən, neft və qızılın qiymətində artımlara gətirib çıxaracaq".

Qeyd edək ki, FES-in Açıq Bazar Komitəsi dünən yanvar ayında keçirilmiş iclasının protokollarını açıqlayıb. Belə ki, rəsmilər aşağı istiqamətli risklərin və qeyri-müəyyənliklərin artdığına diqqət çəkərək əmtəə qiymətlərinin aşağı düşməsi və maliyyə bazarlarındakı qarışıqlığın ABŞ iqtisadiyyatı üzərində riskləri artırması ilə bağlı narahatlıqlarını ifadə ediblər. Çoxluq yeni bir faiz artımına getməzdən əvvəl izləmə mövqeyi barədə razılığa gəlib. Rəsmilər məşğulluq bazarına dair göstəriciləri "cəsarətverici", istehsal göstəricilərini isə "məyusedici" kimi qiymətləndiriblər.

FES ötən ilin dekabrında təxminən 10 ildə ilk dəfə faizləri artırmasından sonra yanvar toplantısında faizləri sabit saxlamış, açıqlamasında qlobal prosesləri yaxından təqib etdiklərini bildirmişdi.

Tarix
2016.02.19 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla