Yuxarı

BP ilə SOCAR memorandum imzaladı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 24-də Bakıda BP və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 blokunda potensial perspektiv strukturlarda birgə geoloji-kəşfiyyat işlərinin aparılmasına dair Anlaşma Memorandumu imzalanıb.

Axar.az xəbər verir ki, sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell imzalayıblar.

Azərbaycanın dəniz ərazilərinin bütünlüklə tədqiq olunmasının təmin edilməsi üzrə hökumət planının bir hissəsi kimi, bu memorandum D230 blokunun geoloji-kəşfiyyatı və işlənməsi üzrə saziş bağlamaq üçün SOCAR-la danışıqlar aparması üçün BP-yə müstəsna hüquq verir.

R.Abdullayev deyib: "BP ilə SOCAR-ı uzunmüddətli səmərəli tərəfdaşlıq münasibətləri bağlayır. BP Azərbaycanda həyata keçirilən regional və qlobal əhəmiyyətli böyük layihələrin əsas sərmayədarı və operatoru olub. Şirkətlərimiz arasında münasibətlər daim yüksələn xətt üzrə inkişaf edir. Əməkdaşlıq etdiyimiz bütün layihələr üzrə uğurlu nəticələr qazanmışıq. Bu gün yeni bir ofşor layihəsinin əsasını qoyacaq Anlaşma Memorandumunu imzalayırıq. Bu, bizim BP ilə birlikdə uzun illər əməkdaşlığımıza əsas verəcək perspektivlərdən biri olacaq".

Q.Birrell deyib: "Bu gün həm Azərbaycan, həm də BP şirkəti üçün əhəmiyyətli bir gündür. Bu, Azərbaycanda neft və qaz hasilatının uzunmüddətli gələcəyini təmin etmək üçün birgə işləyərək yeni imkanlar axtarmaq sahəsindəki əməkdaşlığımızın davamıdır. Dünyanın digər yerlərində geoloji-kəşfiyyat sahəsindəki geniş təcrübəmizə və sənayedə mövcud olan ən qabaqcıl texnologiyalar üzrə səriştəmizə əsaslanaraq biz bu yeni imkana ümidlə baxırıq və Azərbaycanda neft hasilatının bir çox onilliklər ərzində saxlanılmasına töhfə verməkdə davam edəcəyik".

Blok D230 suyun dərinliyi 300 metrədək və kollektorun dərinliyi 3000-5000 metr olan əraziləri əhatə edir.

Tarix
2016.05.24 / 20:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla