Yuxarı

AB referendumu manata təzyiq artırdı – Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Bank bütün hallarda yenidən öz valyuta ehtiyatlarını bazara çıxarmalıdır. Bu, dollara olan tələbi ödəməyə yardım etsə də, rezervlərin azalması fonunda manata psixoloji təzyiqi artıracaq.

Axar.az xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb. O bildirib ki, xarici valyutaya tələb yüksək olaraq qalmaqdadır:

"İndi hərraclarda dollara olan tələbin ən yaxşı halda 20 faizi ödənilir. Hələlik Mərkəzi Bank öz xarici valyuta rezervlərini qorumaq üçün hərraca satıcı kimi qatılmaqda maraqlı görünmür. Ancaq bu uzun müddət davam edə bilməz. Dövlət Neft Fondunun 2016-cı ildə ümumi xərci 10 milyard 668 milyon manat olacaq. Fond büdcəyə 7 milyard 615 milyon manat transfer edəcək. Deməli, manatla olan öhdəliklərini nəzərə aldıqda, Fond il ərzində dollara olan tələbi tək və tam ödəyə bilməz. Mövcud tələb-təklifi və Mərkəzi Bankın manevr imkanlarını nəzərə aldıqda, hazırda bütün iqtisadi qanunauyğunluqlar dolların güclənməsini şərtləndirir".

Ekspert Britaniyada referendumun Azərbaycan iqtisadiyyatına da təsir edəcəyini deyib:

"Dolların möhkəmlənməsi və neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatı üçün arzuolunan deyil. Dünya bazarında möhkəmlənən dollar manata təzyiqi artırır, ucuzlaşan neft gəlirlərimizi azaldır, eləcə də valyuta ehtiyatlarımızın strukturuna təsirsiz ötüşmür".

Tarix
2016.06.28 / 09:09
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

İlham Əliyev Səudiyyənin energetika nazirini qəbul etdi

Azərbaycanda qurulan türk hərbi şirkəti... - General

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla