Yuxarı

Muzdlu, qarışıq nikahdan anadan olan türk oğulları

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Muzdlu, qarışıq nikahdan anadan olan türk oğulları

Türkopollar: yunan dilində “tουρκόπουλοι” sözündən götürülüb və “türk oğulları” anlamı verir. Türkopolların çoxu xristianlaşmış səlcuqlar və ya süryani pravoslav xristian türklər idilər. Əksəriyyəti xristian inancını qoruyub saxlasalar da, bəziləri islamı qəbul etmişlər, bəziləri qarışıq - yunan-türk ailələrindən idilər.

Türkopollar Səlib yürüşləri zamanı Şərqi Aralıq dənizinin xristian dövlətləri tərəfində muzdlu oxatanlar idi. Maraqlıdır ki, türkopollar müsəlmanlar tərəfindən dönük hesab olunurdular və buna görə də müsəlmanlar tərəfindən əsir götürüldükləri zaman dərhal öldürülürdülər. Məmlüklər türkopolları satqın hesab edir və onlara aman vermirdilər.

Romalılar da Anadolu türkləri və türkmənlər arasında müharibələrə türkopolları cəlb edirdilər. Türkopollar öz dövrlərinin bəxt əsgərləri idilər, onlar üçün işəgötürənin dini mənsubiyyəti heç bir məna kəsb etmirdi. Müasir mənbələr onları yüngül silahlı döyüşçülər kimi təsvir edir. Adətən turkopollar ikinci sırada qalır və ordunun əsas zərbə qüvvəsini təşkil edən cəngavərlərin hərəkətlərini dəstəkləyirdilər.

Bizans ordusunda xidmət edən turkopollarla ilk qarşılaşma Birinci Səlib yürüşü zamanı baş verdi:

- bu döyüşçülərin cəngavərlərdən daha sürətli atları və daha yüngül silahları var idi;

- mobil müsəlman döyüşçüləri ilə döyüşmək üçün yay və qılıncla silahlanmışdılar;

- türkopollar yüngül süvari kimi xidmət edirdilər;

- döyüşçülər, kəşfiyyatçılar, atlı oxatanlar idilər.

Bəzən onları mason lojalarının əsgərləri kimi də istifadə edirdilər. Bəziləri hətta oranın üzvü olmuşdular. Lakin onlar müxtəlif məhdudiyyətlərə, o cümlədən digər əsgərlərdən ayrı masalarda yemək yemək hüquqlarına malik deyildilər.

Tampliyerlər onlardan ordenin muzdlu süvarilərinin komandirləri kimi istifadə edirdilər. Akko mühasirəsindən sağ çıxan türkopollar Qüdsdən gələn hərbi əmrlərə əməl etdilər. Tampliyerlərlə birlikdə Kiprdə, Rodos və Malta adalarında məskunlaşmışdılar.

Tarix
2025.08.16 / 07:00
Müəllif
Zaur Əliyev
Digər xəbərlər

İstanbulda Baş Konsulluğumuz ciddi mühafizə altında... - Video

Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla