Yuxarı

Xalq yazıçısının nikahdankənar məşhur qızı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalq yazıçısının nikahdankənar məşhur qızı

Hələ uzaq 70-lərdə onun imzasını tez-tez “Oqonyok” jurnalının və “Literaturnaya Qazeta”nın səhifələrində görürdüm.

Haqqında söhbət açdığım Zamira İbrahimova 1938-ci il mart ayının 5-də Leninqrad şəhərində doğulmuş, 1960-cı ildə LDU-nu bitirən kimi könüllü olaraq Sibirə getmişdir. Onun sonrakı taleyi məhz Sibirlə bağlı olmuşdur. Zamira xanım uzun illər adını yuxarıda çəkdiyim məşhur jurnal və qəzetin Sibir üzrə xüsusi müxbiri olmuşdur. Onun əsas mövzusu Sibirdə, xüsusən Novosibirskdə yaşayan alimlərin fəaliyyəti olub. O, tez-tez deyirdi ki, jurnalistika elmin inkişafına təkan verir. Onun dərin müşahidə və mühakimə qabiliyyəti, analitik təfəkkürü və zəngin dili yazılarından aydın hiss olunur.

Zamira İbrahimova həm də gözəl nasir və istedadlı dramaturq idi. O özü və ailəsi haqqında danışmağı xoşlamazdı. Amma mətbuatda gedən yığcam, “xəsis” müsahibələrindən belə məlum olur ki, Sibirdə ailə qurub, oğlu və qızı var. Kürəkəni rejissordur.

Əslində burada söhbəti bitirmək də olardı... Amma düzünü deyim ki, mənim diqqətimi çəkən təkcə onun yazıları yox, həm də adı, soyadı və “insialı” idi: Zamira Mirzovna İbrahimova.

Yaşlı yazıçı həmkarlarımdan eşitmişdim ki, bu xanım bizim böyük yazıçımız, akademik Mirzə İbrahimovun qızıdır. Mirzə müəllim 1937-ci ildə Leninqradda aspirantura təhsili almışdı. Sonralar bir sənəddə yazıçının o vaxtkı ölkə rəhbəri M.C.Bağırova yazdığı “etiraf məktubunda” nikahdankənar bir qızının olduğunu etiraf etdiyi göstərilirdi.

Daha bir yazıçının xatirələrində qeyd olunurdu ki, 50-ci illərdə SSRİ Ali Sovetinin qurultayında iştirak edən zaman, Moskvada eyni mehmanxanada qalarkən Səməd Vurğun çox dərin hörmət bəslədiyi dostuna, yəni Mirzə İbrahimova qızı ilə bağlı “sirri” gizlətməyə bir ehtiyac duyulmadığını bildirmiş və Zamira ilə çəkinmədən görüşməyi tövsiyə etmişdir.

Zamira Mirzovna İbrahimova öz yazı və müsahibələrində demək olar ki, valideynləri haqqında heç zaman söhbət açmayıb. Amma bir neçə dəfə doğulduğu günün o qədər də “uğurlu” olmadığını yarızarafat-yarıciddi qeyd edib. Bildiyimiz kimi, həmin gün (5 mart) diktator Stalinin vəfat etdiyi gündür. Zamira xanım həm də təbli bir şair idi. Lakin yazdığı şeirləri “gizlədirdi”. Son şeirlərindən birində yazırdı:

Payız yarpağıyıq, bəli, biz indi,

Külək budaqlardan qoparır bizi.

Ay köhnə yarpaqlar, bizə çətindi,

O ötən günlərin hardadır izi?

Zamira İbrahimova 2023-cü il aprel ayının 5-də 85 yaşında vəfat etmişdir. Onu rus jurnalistikasının vicdanı hesab edirdilər.

Elə mərhum xalq yazıçımız Mirzə İbrahimov haqqında söz açanlar da çox vaxt onu ədəbiyyatımızın vicdanı kimi dəyərləndirirlər.

Hər ikisinin ruhuna ehtiram.

Tarix
2025.09.09 / 13:19
Müəllif
Firuz Mustafa
Digər xəbərlər

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir - Foto

XİN-də yeni informasiya sistemi yaradılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla