Yuxarı

Rauf Arifoğlunun Əli Kərimli ilə bağlı deyə bilmədikləri...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rauf Arifoğlunun Əli Kərimli ilə bağlı deyə bilmədikləri...

“Yeni Müsavat” qəzetinin rəhbəri, ustad Rauf Arifoğlu 2019-cu il 28 sentyabrda “Azloqos.eu”ya verdiyi müsahibəni AXCP sədri Əli Kərimlinin saxlanılması fonunda yenidən paylaşıb. Məqsəd Əli Kərimli ilə bağlı indi hamının dediyini 6 il əvvəl dilə gətirdiyini göstərməkdir. Həmin müsahibə veriləndə Ramiz Mehdiyev hələ PA rəhbəri idi, 25 gündən sonra istefaya göndəriləcəkdi; Əli Həsənov da görəv başındaydı, onun da “getməsi”nə 2 ay vardı...

Tarixi və zamanlamanı nəzərə alsaq, müsahibəni kifayət qədər cəsarətli adlandırmaq olar. R.Arifoğlu xüsusilə 2013-cü illə bağlı mühüm informasiyalar verir, həmçinin yaxın tariximizin bir çox olaylarına aydınlıq gətirir – proseslərin mərkəzində olub, qapalı danışıqlarda iştirak edib, informasiyası genişdir.

İndi mediada həvəslə tirajlanan faktların böyük əksəriyyətini R.Arifoğlu hələ 2019-cu ildə demişdi. Ancaq R.Arifoğlu 6 ildən sonra bu müsahibəni gündəmə gətirirsə - və çox doğru da edir – gərək, həmin vaxt mövcud reallığa uyğun müəyyən “redaktəyə” getməyə və yaxud bəzi məsələlərin üstündən keçməyə məcbur olduğunu və yainki həqiqəti sonadək demədiyini də əlavə edə.

Məsələn, Əli Kərimli ilə növbəti barışmasını danışır və müsahibədən bunun təxminən 2011-ci ildə baş verdiyi görünür. Müsahibənin o hissəsini birgə oxuyaq:

“Barışandan sonra ikinci görüşümüz restoranda baş tutdu. Mənə orda pıçıltı ilə dedi ki, məni filankəslərlə görüşdür. Dedim, deyəsən, qəzetlərdə yazılanlara inanırsan, mənim onlarla heç bir əlaqəm yoxdur. Necə heyrətləndiyimi, bozardığımı gördü. Onda mənə çatdı ki, mənimlə barışmaqda məqsədi həmin adamlara çıxış əldə etmək imiş. Yenidən sistemdaxili müxalifətə çevrilmək, hökumətlə anlaşmaq istəyir.

- Kimdir o adamlar?

- Ramil Usubov və Ramiz Mehdiyevi deyirdi. O zaman bəzi qəzetlər iddia edirdilər ki, mənim onlarla sıx əlaqəm var...”

Bundan öncə Rauf Arifoğlu Əli Kərimlinin 1995-ci ildə deputat seçilməsinin təsadüfi olmadığına işarə edir, sonra isə Fərhad Əliyevdən ona külli miqdarda pul axmasını yada salır.

Fərhad Əliyev 1999-cu ilə qədər “heç kim” sayıla bilərdi: yalnız 1999-da əmlak naziri təyin olunandan sonra “gözə dəyməyə” başladı. F.Əliyevin “şişməsi” isə 2001-ci ildə İqtisadiyyat, Ticarət və Dövlət Əmlakı nazirlikləri, Antiinhisar və Sahibkarlığa Yardım Komitəsi, Xarici İnvestisiyalar üzrə Dövlət Agentliyinin birləşdirilərək, İqtisadi İnkişaf Nazirliyi yaradılması ilə başladı – F.Əliyev bu meqanazirliyə rəhbər təyin edilmişdi.

Fərhad Əliyevdən Əli Kərimliyə maliyyə axını 2001-ci ildən sonra ola bilərdi. Bəs, ona qədər?

Axı Əli Kərimlinin Ramiz Mehdiyevə və yaxud Ramiz Mehdiyevlə işlədiyi haqda məlumatlar bugünün, dünənin, hətta 2013-cü və yaxud 2011-ci ilin deyil, daha köhnənin söhbətidir. Bu tarix 1990-cı illərin ortalarına qədər gedib çıxır – hətta Əli Kərimliyə dövlət katibi olduğu vaxt ayrılan və köçə bilmədiyi evin məhz Ramiz Mehdiyevin birbaşa göstərişi ilə verilməsi, Bakı şəhər Baş Polis İdarəsinin ovaxtkı binasının yanında yerləşən mühafizə olunan həmin binaya köçəndən sonra Elçibəyin “gənc və parlaq” müavininin PA-nın rəhbərliyi ilə qonşu olması və pullarını və təlimatını da “qonşudan” alması barədə xəbərləri 1990-cı illərin ikinci yarısından iqtidar deyil, müxalifət nəşrləri tirajlayırdı... Hətta Əli Kərimli və Ramiz Mehdiyev əlaqələri haqda rəhmətlik Əbülfəz Elçibəy ona ünvanlanan sualı cavablandırmağa məcbur olmuşdu.

Əslində, Əli Kərimli Rauf Arifoğluya bir təkliflə “iki quş” vurub: Ramiz Mehdiyevlə əlaqəsinin olmadığına onu inandırmağa çalışıb və R.Arifoğlunun Mehdiyevlə əlaqəsinə inandığını nümayiş etdirib.

R.Arifoğlu da 2019-cu ildə bunu təkrarlamaqla Əli Kərimlinin siyasi hiyləgərliyini qabartmış olur. R.Arifoğlu peşəkarcasına xırdaca bir eyhamını da edir: “(Əli Kərimli bu təklifi edəndə) mənə çatdı ki, mənimlə barışmaqda məqsədi həmin adamlara (Ramiz Mehdiyevə) çıxış əldə etmək imiş. YENİDƏN (fərqləndirmə bizimdir – red.) sistemdaxili müxalifətə çevrilmək, hökumətlə anlaşmaq istəyir”.

R.Arifoğlu 2019-cu ilin 28 sentyabrında verdiyi müsahibədə Əli Kərimlinin 1990-cı illərdə Ramiz Mehdiyevlə adının hallandığını demək istəməyib, yəqin ki, “boz kardinal”ın təzyiqindən çəkinib. Amma bu adları yenə qoşa çəkib, onların işbirliyini yenidən xatırladıb, Əli Kərimlinin Mehdiyevə “can atdığına” işarə edib.

Bu eyhamları yalnız təqdir etmək olar və bu eyhamlar “Yeni Müsavat”ın sahibinə növbəti şans və haqq tanıyır!

Yəni: Rauf Arifoğlu o müsahibəni paylaşmaqla doğru edir, zamanında bir çoxunun deyə bilmədiyini dilə gətirməsi ilə öyünməkdə də haqqı var, ancaq bəzi dəqiqləşmələri desə və yaxud yazsa, daha doğru olar – necə ki, o müsahibədə millət vəkili Əli Kərimlinin şikayəti ilə onu və Azər Ayxanı ifadə verməyə çağıran Bakı prokuroru Tahir Kazımovdan bəhs edir. Halbuki Tahir Kazımov 1998-2000-ci illərdə Bakı deyil, Səbail prokuroru olub, “Yeni Müsavat”ın redaksiyası da həmin vaxt Səbail rayonu ərazisində idi – hər şey üst-üstə düşür, yalnız T.Kazımovun statusundan başqa.

Bəzi dəqiqləşmələr, ad və tarixlər konkretləşsə, yeni tariximiz yalnız qazanar.

Tarix
2025.12.01 / 15:01
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Azərbaycan o səhifəni tamamilə bağlayıb...

Bakı Moskvadan AZAL təyyarəsi ilə bağlı suallarına cavab alıb

Bakının bu məsələdə Moskvaya yardım etməsi yalandır...

Hikmət Hacıyevdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Minsk prosesinin bağlanması başa çatdırıldı

Əli Kərimliyə neçə il cəza verilə bilər?

Gültəkin Hacıbəylini Türkiyə niyə deport etdi?

İlham Əliyev Rumıniya prezidentini təbrik etdi

Kərimlinin saxlanılma səbəbi: 12 il öncə nə baş vermişdi?

Cəmil Həsənli sərbəst buraxıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla