Yuxarı

Herisçidən cavab: Saymana dedim, ağlını başına yığ! - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Herisçidən cavab: Saymana dedim, ağlını başına yığ! - Video

Mən dəfələrlə Sayman Aruza dedim ki, ağlını başına yığsın, siyasiləşməsin, siyasət başqadır, mənim yanımda olsun, məndən ayrılmasın. Bu adam anlamadı. Ona elə gəldi ki. Mən səhv edirəm, təsadüfi adamam... Sayman, indi nəticə çıxart!.

Kult.az xəbər verir ki, bu sözləri yazıçı Həmid Herisçi Sayman Aruzun AYB-nin güney Azərbaycan ədəbiyyatı komissiyasının sədri vəzifəsindən azad edilməsi haqda deyib.

O bildirib ki, 2007-2008-ci ildə Güneydən gələn Sayman Aruza burada əlaqələr qurmağa yardım edib, onu bir çox şəxslə tanış edib və ona şans qazandırıb.

Qeyd edək ki, AYB katibliyinin iclasında Sayman Aruz vəzifəsindən azad edilib və Güney Azərbaycan komissiyasının dəsri vəzifəsinə Sabir Rüstəmxanlı seçilib. Həmid Herisçi isə komissiya sədrinin müavini olub.

Xatırladaq ki, Sayman Aruzun fəaliyyətinə qarşı Güney Azərbaycandan 198 yazarın imzası ilə AYB sədri Anara açıq məktub ünvanlanmış və S.Aruzun Güney ədəbiyyatını təmsil etmədiyi bildirilmişdi.

Sayman Aruzun İranın xüsusi xidmət orqanlarının yetişdirib, Azərbaycana göndərdiyi haqda dəfələrlə faktlarla yazılar tirajlanıb. Hətta son dəfə bir neçə gün öncə Anara müraciət ünvanlayan güneyli yazarlara ETTELAAT-ın xəbərdarlıq etdiyi və “bu işlərdən” əl çəkməyi tələb etdiyi bildirilir.

Tarix
2025.12.26 / 15:37
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla