Məni Bakıya bağlayan heç nə yoxdur.
Bu sözləri ötən il Türkiyə vətəndaşı ilə ailə həyatı quraraq
Türkiyəyə köçən aktisa Nigar Bahadırqızı oradakı həyatı haqda
Axar.az-a danışarkən deyib. O, Türkiyədə hələ işləmədiyini
bildirib:
"Sənətimi, qazandığım uğurlarımı, çox sevdiyim teatrımı bir anda
atıb ailə həyatı quracağam və hər şeyi sıfırdan başlayacağam deyə,
bir fikir heç vaxt ağlımın ucundan keçməzdi. Amma insan gözləmədiyi
anda gözləmədiyi qərarlar verir. İlk İstanbula gəldiyimdə qonaq
olduğumu, tezliklə evimə, işimə dönəcəyimi düşünürdüm. Elə
bilirdim, Bakıdan bu dəqiqə zəng edib deyəcəklər ki, haradasan,
sabaha tamaşa var, dur gəl.
Gecələr yatmırdım, ağlayırdım, alışa bilmirdim. Bir il burda
qaldıqdan sonra Bakıya getdim. Bakıda da eyni hissləri yaşadım. Elə
bildim, böyüdüyüm evdə qonağam və tezliklə İstanbula yoldaşımın
yanına dönəcəyəm. Orada ikən hər dəqiqə düşündüyüm yoldaşım idi,
görəsən, neynir, nə yedi, nə içdi, acdırmı... Anladım ki, mən artıq
İstanbuldakı həyatıma alışmışam və Bakıda qala bilmirəm.
Məni Azərbaycana bağlayan təkcə anam, ailəm, bir də atamın
məzarıdır. Başqa heç bir şey yoxdur. Ağır olan hər iki ailəmi
sevmək idi, sanki iki yerə bölünmüşdüm. İstanbula gedəndə Bakı
üçün, Bakıya gedəndə isə İstanbul üçün darıxırdım. Burada bir TV-də
çalışdım. Azərbaycanlı dostlar var idi, onlar daha çox yardım etdi
ki, mən İstanbula alışım. Hazırda işləmirəm. Amma tezliklə burada
teatrda çalışmağa başlayacağam. Bunu da mən deyil, yoldaşım daha
çox istəyir. Deyir, sən teatrsız yaşaya bilmirsən. Mənim dilə
gətirmədiyim hər şeyi anlayır. O bilir ki, mən teatrsız dəli ola
bilərəm. Yeni mövsümdə işə başlayacağam.
Burada yaşadığım hər günə şükür edirəm, çünki sevdiyim insanla
istədiyim, xəyal etdiyim və özüm seçdiyim bir həyatı
yaşayıram".