Yuxarı

Bağırovun Səməd Vurğunla bağlı Moskvaya məktubu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bağırovun Səməd Vurğunla bağlı Moskvaya məktubu

1954-cü ilin fevralında həbs olunması ərəfəsində Mir Cəfər Bağırovun Moskvaya - Partiya Nəzarət Komitəsinə geniş izahatı var.

Kult.az xəbər verir ki, bu barədə yazıçı Firuz Mustafa sosial şəbəkə hesabında yazıb.

“Orada Səməd Vurğunla bağlı yazır: “Səməd Vurğunun Bakı konfransında çıxışını mən onunla izah edirəm ki, o, necə vardısa, qatı millətçi kimi elə də qalıb və hər an keçmişə görə intiqam almağa hazırdır. Onun qatı müsavatçılar olan Hüseyn Cavid və Abbas Mirzə Şərifzadə kimi müəllimləri vardı. 1935-1939-cu illərdə xalq düşmənlərinin kütləvi ifşa edilməsi dövründə Səməd Vurğunun əleyhinə çoxlu ifadələr var idi. Əsərlərində böyük səhvlərin və nöqsanların olmasına baxmayaraq, istedadlı şair olduğuna görə yoldaş Stalinin sanksiyası onu cəza orqanlarının həbsindən xilas etdi. Bundan sonra bir neçə il keçdi və Səməd Vurğun belə bir xahişlə mənə müraciət etdi: Hüseyn Cavid və Abbas Mirzə Şərifzadənin həbsdən azad edib geri dönmələrinin bir yolunu tapmaq olmazmı? Ona görə ki, sonuncu onun pyesində Xosrov rolunu oynayırdı.

Yeri gəlmişkən, Hüseyn Cavid və Abbas Mirzə Şərifzadə Müsavat Partiyasının liderlərindən idilər. Bununla bağlı biz Səməd Vurğunu möhkəm tənqid etdik və xəbərdarlıq etdik ki, əgər biz onu keçmiş müəllimindən ayırmışıqsa, bu o demək deyil ki, o bundan sui-istifadə etməlidir” ( Bax: Mir Cəfər Bağırovun Sov.İKP MK yanında Partiya Nəzarət Komitəsinə izahatı. 1954., Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivi, f. 589, s. 3, i.7044, cild 6, v. 53-52)”, - yazıçı qeyd edib.

F.Mustafa professor Cəmil Həsənlinin Səməd Vurğunun SSRİ YB-nin 2-ci qurultayında (1954) çəkilmiş nadir şəklini təqdim etməsini də xatırladıb və sözügedən arxiv materialını da tarixçi alimin üzə çıxardığını bildirib.

“Yeri gəlmişkən, burada M.C.Bağırovun bir yalanını faş etmək istəyirəm. Belə ki, Bağırovun iddiası uydurmadır. Abbas Mirzə heç vaxt Səməd Vurğunun heç bir pyesində, o cümlədən "Fərhad və Şirin" pyesində Xosrov rolunu oynamayıb. Yəni həmin əsər tamaşaya qoyulanda artıq Abbas Mirzə həyatda yox idi. Pyes 1941-ci ildə yazılıb, səhv etmirəmsə, bir il sonra tamaşaya qoyulub, Abbas Mirzə isə 1938-ci ildə güllələnib. Bəs Bağırov niyə belə deyib? Bu, ya onun savadsızlıqdan, ya da atdığı böhtanın təsirini artırmaq məqsədi güdməsindən irəli gəlib”, - yazıçı əlavə edib.

Tarix
2026.03.15 / 08:00
Müəllif
Kult.az
Digər xəbərlər

Qasım Süleymani Qarabağda şəbəkə qurmuşdu - Ağabekyan

ABŞ-ın İrana qarşı 2 planı alınmadı - C planı işə düşdü

İran raketlərlə hücum etdi: azərbaycanlılar da yaralandı

İranın bu müharibədə qələbəsi qaçılmazdır - Ekspert

Ölkədə bu heyvan ətlərinin satışına qadağa qoyulur?

Paşinyanla seçkidə yalnız o rəqabət apara bilər

XIII Qlobal Bakı Forumu başa çatdı

Yaxın Şərqdə münaqişə çox uzun çəkəcək, buna hazırlaşın!

Pakistanlı diplomat Azərbaycana təxliyə olundu - Foto

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla