Yuxarı

Rasim də getdi, qovuşdu onlara: xoşbəxt adam idi...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rasim də getdi, qovuşdu onlara: xoşbəxt adam idi...

Rasim Balayev Azərbaycan filminə öz üslubunu, öz şəxsiyyətini, öz yanaşmasını, öz ifasını gətirdi.

Bu sözləri Kult.az-a açıqlamasında Azərbaycan teatr, kino və televiziya rejissoru, "Azərbaycantelefilm"in direktoru, xalq artisti Ramiz Həsənoğlu deyib.

“Əsl şəxsiyyətlər təkrarolunmazdır. Rasim Balayev öz şəxsiyyəti ilə Azərbaycan incəsənətinə, kinosuna yeni nəfəs gətirdi və o nəfəs ilə neçə-neçə nəsillər böyüdü, onun filmləri ilə zövq aldı”, - o bildirib.

Rejissor mərhum xalq artisti ilə çox yaxın olduqlarını, eyni dövrdə sənətə gəldiklərini qeyd edib:

“Rasim ilk addımlarını televiziyada şeir deməklə başlamışdı. Mən də o dövrlərdə AzTV-də rejissor köməkçisi idim, “Hər çinardan bir yarpaq” verilişini hazırlayırdım. O verilişlərə tez-tez Rasim Balayevi, Əliabbas Qədirovu, Mikayıl Mirzəni çağırırdıq. Onlar hamısı bir kursun tələbələri idi. Artıq Rasim də getdi, qovuşdu onlara, o kursdan kimsə qalmadı.

Rasim öz ifası ilə, görünüşü ilə diqqətləri cəlb edirdi və Rasimi “Nəsimi” filminin rejissoru Həsən Seyidbəyli ilk dəfə “Hər çinardan bir yarpaq” verilişində televiziyada görmüşdü. Müəyyən mənada televiziyanın Rasimin kinoda parlamasında, seçilməsində bir rolu oldu. Rasim bir naxış idi, o, Allahın sevdiyi bir bəndə idi. Hər kəs onu çox sevdi, ona oxşamağa çalışdı. Bir sənət adamı üçün bundan böyük xoşbəxtlik ola bilməz. Onun yaratdığı obrazları Rasimdən başqa kimsə oynaya bilməzdi. Rasim Balayev seçilmiş insan idi”.

Qeyd edək ki, Rasim Balayev 29 martda İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib.

Tarix
2026.03.31 / 22:31
Müəllif
Kult.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla