Yuxarı

Xalq şairi haqqında elmi tədqiqat əsəri nəşr edildi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalq şairi haqqında elmi tədqiqat əsəri nəşr edildi

Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin Qazi Universitetindəki Azərbaycan Türkcəsi Tədris Ocağının rəhbəri, tədqiqatçı Dr. Şəhla Aslanın “Dil, kimlik, vətən” adlı yeni elmi tədqiqat əsəri nəşr edilib.

Kult.az xəbər verir ki, kitabda görkəmli ictimai-siyasi xadim, xalq şairi Sabir Rüstəmxanlının yaradıcılığındakı milli varlıq konsepsiyası elmi-nəzəri müstəvidə araşdırılıb.

Sabir Rüstəmxanlının poeziyası, publisistikası və ictimai düşüncələri əsasında ana dilinin milli kimlik, tarixi yaddaş və dövlətçilik şüuru ilə bağlılığı sistemli şəkildə təhlil olunan kitabda dilin yalnız ünsiyyət vasitəsi deyil, həm də millətin mənəvi bütövlüyünü qoruyan, milli özünüdərkin əsas sütunlarından biri olduğu vurğulanıb.

Kitabın ön sözünün müəllifi akademik Nizami Cəfərovdur.

“Dil, kimlik, vətən” müəllifin sayca dördüncü kitabıdır.

Kitab xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə hazırlanıb.

Tarix
2026.04.20 / 15:23
Müəllif
Kult.az
Digər xəbərlər

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

Deputatlarımız bu türk ölkəsində seçkiləri müşahidə edəcək

Azərbaycan əmindir ki, biz uduzacağıq - Video

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla