Yuxarı

Ermənilər Ermənistanda və Qarabağda nələri dağıdıb...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər Ermənistanda və Qarabağda nələri dağıdıb...

Azərbaycan 2020-ci ilə kimi Ermənistan tərəfindən təkcə ərazi işğalına deyil, həm də mədəni işğala məruz qalmışdı.

Axar.az xəbər verir ki, ermənilər işğalı olunmuş Qarabağ ərazisində yüzlərlə tarixi-mədəni abidəni dağıdıb, bəzilərini yer üzündən siliblər.

Müharibə dövründə Qarabağ ərazisində 700-dən çox tarixi və mədəniyyət abidəsi mövcud olub. İkinci Qarabağ müharibəsindən sonra aparılan hesablamalardan sonra məlum oldu ki, ermənilər işğal etdikləri ərazilərdə 400-dən çox tarixi abidəni darmadağın edib.

Ağdam ərazisindəki e.ə. II minilliyin sonlarına aid Üzərliktəpə arxeoloji abidəsi, Qutlu Musa türbəsi, Kəlbəcərdəki Gəncəsər monastırı, Laçındakı Sisərnəvəng monastırı və Məlik Əjdər türbəsi, Füzulidəki Arğalı və Şeyx Babı türbələri, Xocavənddəki Amaras monastırı, Qubadlıdakı Gürcülü türbəsi, Şuşa qalası, Şuşadakı Qarabağ xan sarayı, Qaraböyük xanım sarayı, Xan qızı Natəvanın sarayı, Üzeyir Hacıbəyovun evi, Saatlı məscidi, Qazançı kilsəsi, Vaqif türbəsi və digər tarixi abidələr dağıdılıb.

İşğal dövründə ermənilər XX əsrdə heç bir işğalçının etmədiyini etmişlər; işğal etdikləri ərazilərdə Azərbaycan-müsəlman məzarlıqlarını kütləvi şəkildə məhv etmişlər. Ağdam, Füzuli, Zəngilan, Kəlbəcər, Qubadlı və Cəbrayıl rayonlarında minlərlə məzarlıqlar dağıdılıb, qazılıb, məzar daşları oğurlanıb.

30 il ərzində ermənilər işğal altında saxlanılmış ərazilərdəki 67 məsciddən 65-ni məhv ediblər. Onlardan biri Ağdamdakı yararsız vəziyyətdə olan Cümə məscidi idi ki, ondan da hərbi istiqamət məqsədilə istifadə olunurdu.

Şuşadakı Yuxarı Gövhər Ağa məscidini də dünyaya özlərini tolerant göstərmək məqsədilə saxlamışdılar. Onu da İran məscidi kimi təqdim edirdilər.

Qarabağda məscidləri donuz tövləsinə çevirmişdilər. Məscidlərdə donuzların saxlanılması görüntüləri sosial şəbəkələrdə indi də qalır.

Üstəlik, bu dağıdılan abidələr təkcə Qarabağ ərazisində deyildi. Azərbaycanlıları 80-ci illərin sonlarında zorla çıxarıldıqdan sonra Ermənistan ərazisində də qədim türk abidələrinə qarşı əsl barbarlıq törədilmişdi. Azərbaycanlılara məxsus qədim abidələr ya dağıdılıb, ya da saxta yollarla erməniləşdirilib, Azərbaycanın tarixi-dini irsi tamamilə silinib.

İrəvanda Şah Abbas, Sərdar, Hacı Novruzəli, Göy məscidlər və digər XVI–XVIII əsr abidələri ya dağıdılıb, ya da “fars abidəsi” kimi saxtalaşdırılıb. Ermənilər yalnız Göy məscidi saxlayıblar ki, onun da orijinal görünüşü qəsdən dəyişdirilib.

Qafqazda xristianlığın rəsmi din kimi strukturlaşmasının tarixi Alban kilsəsindən başlayır. Qədim qaynaqlar sübut edir ki, tək Azərbaycanın deyil, bütün Qafqazın dini-mədəni həyatında silinməz izlər qoymuş Alban kilsəsi xristian dünyasında ən qədim kilsələrdən biridir və apostol mənşəlidir. Alban kilsəsinin qədimliyini təkcə tarixi faktlar yox, həm də mövcudluğunu dövrümüzə qədər qoruyub saxlamış qədim Alban məbədləri təsdiqləyir.

Yaşı yüz illərlə, hətta min illərlə ölçülən Alban məbədlərinin qriqoryanlaşdırılması son yüz ildə Ermənistanın dövlət siyasətinə çevrildi. Nəticədə indiki Ermənistan ərazisində və Azərbaycanın işğal edilmiş torpaqlarında bir dənə də olsun Alban məbədi saxlanılmadı. Ermənistan ya Alban məbədlərinin arxitekturasını dəyişdirərək qriqoryanlaşdırdı, ya da arxitekturasını dəyişdirə bilmədiyi məbədləri dağıtdı.

Bunlara Qarabağ ərazisindəki Ağoğlan, Amaras, Gəncəsər, Xudavəng, Hadrut qəsəbəsi və Tuğ kəndindəki Alban məbədləri daxildir.

Tarix
2026.04.22 / 16:41
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla