Yuxarı

Qarayevin “brilyantı”, himnimizi bərpa edən bəstəkar

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarayevin “brilyantı”, himnimizi bərpa edən bəstəkar

Görkəmli bəstəkar Aydın Əzim Kərimoğlunun 80 yaşı tamam olur.

Kult.az xəbər verir ki, Aydın Əzimov 1946-cı il may ayının 1-də Bakının Xilə kəndində (Əmircan qəsəbəsi) dünyaya gəlib. Məktəb illərində Aydın Əzim “Sinilərlə oyun”, “Şahnaz poeması”, “Ana laylası”, “Ləzgihəngi” və s. fortepiano pyeslərini bəstələyib.

1960-1964-cü illərdə Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinin Nəzəriyyə şöbəsində təhsil alan gənc bəstəkar bu illər ərzində “Sonatina in G”, “Variasiyalar in A”, “Sonata №1 in C”, “Simli kvartet in D” və s. əsərlər bəstələyib.

1964-1972-ci illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında akademik Qara Qarayevin sinfində bəstəkarlıq ixtisası üzrə ali təhsil alıb. Q.Qarayev onun haqqında demişdi: “Aydın mənim sinfimin brilyantıdır”.

1976-cı ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. 1968-1996-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Komitəsində çalışıb, radionun Musiqi verilişləri redaksiyasında kiçik redaktor, böyük redaktor, şöbə müdiri, Səsyazma Evində səs rejissoru, baş rejissor, Azərbaycan Televiziya və Radio Komitəsi Bədii kollektivlərinin və Səsyazma Evinin müdiri, “Azərbaycantelefilm” yaradıcılıq birliyinin baş məsləhətçisi vəzifələrini icra edib.

Bir çox teatrla əməkdaşlıq edib, çoxsaylı əsərlərə musiqi yazıb.

“Azərbaycanın rəngləri” sənədli filmi (1977), “Külək” animasiya filmi (1992), o cümlədən “Qətl günü” (1987), “Ümid” (1991), “Yalan” (2006) və s. kimi bədii filmlərə də musiqi yazıb.

Aydın Əzimin Azərbaycan xalqı, dövləti üçün ən ümdə xidmətlərindən biri də 1989-cu ildə Dövlət Himnini bərpa etməsi olub. O, Üzeyir bəy Hacıbəyli tərəfindən 1919-cu ildə yalnız melodiyası yazılan və 1920-ci ildən bəri səslənməyən Azərbaycan Dövlət Himninin musiqisini klavir və partitur şəklində işləyərək 1989-cu il 17 noyabr tarixində Azadlıq Meydanında xalqına təntənəli surətdə ərmağan edib. Bəstəkar himni həmçinin simfonik orkestr ilə xor üçün, eləcə də böyük nəfəsli orkestr üçün işləyib hazırlayıb.

Bəstəkar 1996-cı ildə Türkiyə Cümhuriyyəti Mersin Universitesi Dövlət Konservatoriyasına dəvət olunmuş və orada 2005-ci ilə qədər çalışmışdır. Bu universitetdə Bəstəkarlıq kafedrasının qurucusu olmuşdur.

2006-cı ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Bəstəkarlıq kafedrasında professor kimi çalışmaqdadır.

2010-cu ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

Tarix
2026.04.29 / 20:57
Müəllif
Kult.az
Digər xəbərlər

Türkiyə Ermənistanla bağlı “sürpriz”ə hazırlaşır

Güneydən Azərbaycanla bağlı bəyanat

Sahibə Qafarova Qırğızıstan prezidenti ilə görüşdü

İstanbulda Baş Konsulluğumuz ciddi mühafizə altında... - Video

Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla