Yuxarı

Şağanda Kamal Abdullaya həsr olunan tədbir keçirildi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şağanda Kamal Abdullaya həsr olunan tədbir keçirildi

Şağan Mədəniyyət Mərkəzində Azərbaycan Dillər Universitetinin rektoru, xalq yazıçısı, akademik Kamal Abdullanın 75 illik yubileyinə həsr olunmuş “Ömrün 75 illik zirvəsi” adlı elmi-ədəbi tədbir keçirilib.

Kult.az xəbər verir ki, tədbirdə yazıçının həyat və yaradıcılığına həsr olunan videoçarx nümayiş etdirilib, görüş Rüfət Əliyev və Siyavuş Əlizadə tərəfindən sual-cavab və açıq mikrofon formatında davam etdirilib.
Azərbaycanın tanınmış elm və mədəniyyət xadimləri - akademik Vaqif Abbasov, AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev, professor Təvəkkül Səlimov, professor Fuad Məmmədov, əməkdar incəsənət xadimi Cavanşir Quliyev, əməkdar incəsənət xadimi Aqil Məlikov və şair Rüstəm Behrudi çıxış ediblər.
Çıxış edənlər xalq yazıçısı Kamal Abdullanın çoxşaxəli yaradıcılığından, Azərbaycan ədəbiyyatı, dilçilik elmi və mədəni fikrinin inkişafına verdiyi mühüm töhfələrdən bəhs ediblər.

“Simurq” Azərbaycan Mədəniyyəti Assosiasiyasının (AMA) prezidenti, professor Fuad Məmmədov çıxışında Kamal Abdullanın “Mədəniyyət səfiri” diplomu ilə təltif olunduğunu bildirib. Qeyd olunub ki, Kamal Abdullanın elmi və bədii irsi milli-mənəvi dəyərlərin qorunması, müasir humanitar fikrin formalaşması və Azərbaycan ədəbiyyatının beynəlxalq miqyasda tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Natiqlər Kamal Abdullanın yazıçı, alim, pedaqoq və ictimai xadim kimi fəaliyyətini yüksək qiymətləndirərək, onun zəngin yaradıcılıq yolunun gənc nəsil üçün örnək olduğunu vurğulayıblar.

Çıxışlarda Kamal Abdullanın əsərlərinin fəlsəfi dərinliyi, milli yaddaşa söykənən bədii təfəkkürü və elmi araşdırmalarının Azərbaycan humanitar elminə verdiyi töhfələr xüsusi qeyd edilib.

Çıxış edənlər onun şəxsiyyətində alim təfəkkürü ilə yazıçı dünyagörüşünün vəhdət təşkil etdiyini qeyd edərək, əsərlərinin həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə böyük maraqla qarşılandığını diqqətə çatdırıblar.

Akademik Kamal Abdulla tədbirin təşkilatçılarına göstərdikləri diqqət üçün təşəkkürünü bildirib.

Tarix
2026.06.29 / 14:53
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla