Yuxarı

Haşımovadan “ölüm xəbəri” suçlaması - Cavab

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Haşımovadan “ölüm xəbəri” suçlaması - Cavab

Mənim nəinki Kübra Əliyevaya, bütün sənətkarlara hörmətim sonsuz və əbədidir.

Axar.az xəbər verir ki, bu sözləri rəsmi Feysbuk səhifəsində aktrisa Kübra Əliyevanın ölümü ilə bağlı yalan xəbərə inanıb, status yazan Aybəniz Haşımova qeyd edib. Əməkdar artist yanlış məlumatın mənbəyi kimi bu xəbəri yayanları deyil, onun Feysbuk statusunu əsas götürdüyünə görə Axar.az portalını qınayıb:

"Kübra xanımla bağlı statusu hamınızın tanıdığı prodüser Tarix Əliyevin İnstaqram səhifəsində oxumuşdum və bir çox hörmət bəslədiyim sənətkarlar da çox üzüldüklərini şərh bölümündə yazıb bildirmişdilər. Mənim yerimə kim olsaydı, o da üzülərdi və münasibətini bildirərdi. Çox nahaq (bu məlumatı) Axar.az saytı öz həmkarlarına deyil, mənim statusuma istinadən yazıb. Diqqətsizliyi saytlar edə bilər, mən deyil. Bəsdirin reytinq xatirinə insanların ruhu ilə oynadınız. Əsl şounu sizin bəzi həmkarlarınız göstərir, Axar.az saytı, mən deyil. O ki qaldı Kübra xanıma, çox şükür ki, sağdır. Elə edin ki, həmişə sağ qalsın. Yoxsa saytların əlindən biz hamımız qırılmasaq yaxşıdır..."

Redaksiyadan qeyd: Aybəniz Haşımovanın sənəti də, səhnə mədəniyyəti də bizim üçün dəyərlidir. Axar.az olaraq bir yanlışlığın qarşısını almış, A.Haşımovanın sevildiyini, ona görə də izləyicilərinin çox olduğunu və dəyərli əməkdar artistimizə insanların inandıqları üçün bu məlumatın sürətlə paylaşıldığını nəzərə alaraq, məhz onun səhifəsinə istinad etmiş, xəbəri yalnız Kübra Əliyevanın münasibətini öyrəndikdən sonra dərc etmiş, anlaşılmazlığı aradan qaldırmışıq.

Hər iki qiymətli sənətçimizə uzun ömür və yaradıcılıq uğurları arzulayırıq.

Tarix
2016.10.06 / 15:18
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla