Yuxarı

Eldəniz Zeynalovun gəlini kömək istədi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Eldəniz Zeynalovun gəlini kömək istədi

Hazırda Məmmədin vəziyyəti çox ağırdır, reanimasiyadadır. Həkimlər onun sağalması üçün əllərindən gələni edirlər. Amma yenə də ümidimiz Allahadır. Məmməd böyrək təzyiqindən xəstə yatır, hipertoniyası var.

Axar.az xəbər verir ki, bu sözləri xalq artisti Eldəniz Zeynalovun gəlini İradə Zeynalova Milli.az-a müsahibəsində deyib. O, həyat yoldaşı Məmməd Zeynalovun müalicəsi üçün kömək istəyib:

"Ona kömək etməkdə acizik. Bəlkə də çoxları bilmir ki, Məmməd xəstədir, yoxsa ona kömək edərdilər. Müsahibəni verməkdə məqsədim budur ki, ona heç olmasa, müəyyən miqdarda kömək edilsin.

Yoldaşım maddi çətinlik ucbatından verilişə getmişdi. Oradan da kömək olmadı. Hazırkı sosial verilişlər sırf reytinq üzərində qurulub. Yoldaşım vasitəsi ilə reytinq qazandılar, amma zərrə qədər də olsun köməklik etmədilər. Yenə də sağ olsunlar, şikayət etmirəm. Allah hər bir bəndəsini gec-tez mükafatlandıracaq. Biz hazırda Eldəniz müəllimin vaxtilə yaşadığı evdə qalırıq. Bu ev də baxımsız, köhnə evdir. Yoldaşımın teatrdan aldığı cüzi maaşla dolanırıq.

Mən Məmmədlə 2010-cu ildə a6ilə qurmuşam. Biz evlənəndə Məmmədin nə anası, nə də atası vardı. Tanışlığımız da internetdə olub. Heç bilmirdim kimin oğludur. Amma həmişə arzu edirdim ki, bu cür həyat yoldaşım olsun. Tanınmış ailənin gəlini olmaq istəyirdim. İstəyirdim ki, yoldaşım incəsənət adamı olsun.

Onunla ailə qurduğum üçün heç vaxt peşman olmamışam. Allah gələcəyimizi bundan da gözəl edəcək. Mən hər şeyin yaxşı olmasına inanıram. Övladımız yoxdur, yəqin, Allah bu cür yazıb. Çox arzu edirəm ki, Allah Məmmədi sağaldıb, ailəsinə qaytarsın. İkinci arzum isə övladımın olmasıdır. Övladım olsa, ona Eldəniz adını qoyacağam. Çox istərdim ki, xoşbəxt ailələrdən biri olaq".

Tarix
2016.10.13 / 15:29
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

Azərbaycan və Litva XİN başçıları görüşdü

Son bir ildə Ermənistana bu qədər yük daşınıb - Prezident

Azərbaycan və Litva arasında Birgə Bəyannamə imzalandı

Prezident Kestutis Budrisi qəbul etdi

Zorludan təklif: Naxçıvanda keçirək!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla