Yuxarı

Türk rejissor Kanndan imtina etdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli məşhur rejissor Fateh Akın erməni soyqırımı ilə bağlı olduğu deyilən yeni "The Cut"(Kəsilmiş) filmini Kann Festivalında müsabiqəyə göndərməyəcəyini elan edib.

"Axar.az" xəbər verir ki, xarici mətbuat nümayəndələrinə açıqlama verən türk əsilli alman rejissor festivala müraciətini niyə ləğv etdiyi ilə əlaqədar geniş danışmayaraq bircə cümlə deyib: "Bu qərarı şəxsi səbəblərə görə vermişəm".

Bundan əvvəl "Həyatın sahilində" filmi ilə Kanndan "ən yaxşı ssenari" mükafatı alan F.Akının yeni filminin bu il "Qızıl Palma" üçün müsabiqədə iştirakına hamı inanırdı. Akın Tahar Rahimə oynatdığı yeni filminin qəhrəmanı haqqında belə açıqlama vermişdi: "Çarli Çaplinlə Serxio Leon qəhrəmanı bir yerdə..."

Xatırladaq ki, rejissorun "Divara qarşı" filmindən sonra Sibel Kəkilli ilə birlikdə işlədiyi ikinci filmi olan "The Cut" Almaniyada oktyabrın 16-sı ekranlara çıxacaq. Bu il may ayının 14-25-i arası təşkil ediləcək Kann Film Festivalında yarışacaq filmlərin siyahısı bu gün açıqlanacaq.

Tarix
2014.04.18 / 08:40
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Problem var: 4 obyekt Azərbaycana keçir - Video

Prezidentlər Şuşaya getdilər - Foto

Tiflis yanır, İrəvan yanır, Bakı isə... - Klaçkov

Fransa üzr istəməyəcəyi təqdirdə... - Hacızadə

Ev, yol, torpaq sahəsi Qazaxa keçdi: Kirantsda görüş başladı

Belarusdan nə alırıq və bu ölkəyə nə satırıq?

Qafarova ilə Simonyan görüşdü

Lukaşenko Füzuliyə getdi, Əliyev şəxsən qarşıladı - Video

Ermənilər Xocalı aeroportunu niyə bu formada tikib?

Putin Türkiyəni yox, Çini seçdi - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla