Yuxarı

Şah İsmayılın qanında xristian qanı axır? - Cavab

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Professor Nizaməddin Şəmsizadənin Publika.az-a müsahibəsində görkəmli sərkərdə, ictimai xadim Şah İsmayıl Xətai haqqında səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb.

Şah İsmayıl Xətainin inqilab yaratmaq üçün şiəlikdən istifadə etdiyini deyən professor onu müəyyən mənada İran İslam Respublikasının 1-ci Ali Rəhbəri və qurucusu Ruhullah Xomeyni ilə eyniləşdirib.

Məsələ ilə bağlı Kult.az-a danışan xətaişünas alim Mübariz Ağalarov professor Nizaməddin Şəmsizadənin iddialarını təkzib edərək, Xətainin şiə dövləti yaratmadığını deyib:

“Bizdə terminoloji məsələlərdə çox səhvə yol verilir. Əvvəlcə onu deyim ki, inqilab – bir iqtisadi-ictimai formasiyanın başqa biri ilə əvəz olunması deməkdir. Bu inqilabların tarixi də 16-17-18-ci əsrlərdə Avropada gedən proseslərlə birlikdə başlayıb. Şah İsmayıl Xətai heç bir inqilab etməyib. O, sadəcə, Böyük Səfəvi İmperiyasının əsasını qoyub.

Bu dövlətin kökündə də qızılbaşlıq ideoloji dəyərlər sistemi dayanırdı. Bunun da mahiyyəti gedib çıxırdı imamiliyə. O dövrdə bütün hökmdarlar müsəlman dünyasının hökmdarı olmaq istəyirdilər. Bunun üçün də bir dini varislik lazım idi. Məhz buna görə də Şah İsmayıl özünü İmam Hüseyn Kazıma bağladı və onun dini varisi olduğunu elan etdi. Yəni qızılbaşlıq-imamilik ideologiyası buradan gəlir.

O ki qaldı Şah İsmayılla İmam Xomeyninin eyniləşdirilməsinə, bu, qətiyyən düzgün yanaşma deyil. Qızılbaşlığı İran şiəliyi ilə, Xomeyni ilə bağlamaq məntiqsizlikdir. Səfəvi dövləti şiə dövləti olmayıb, bunu bizim alimlərimiz də araşdırıb, sübut ediblər. Səfəvi imperiyası qızılbaş ideologiyasına əsaslanan Azərbaycan, türk dövləti olub. Şah İsmayılı, səfəviliyi aparıb İran şiəliyinə bağlamaq birmənalı şəkildə gülüncdür!”

Nizaməddin Şəmsizadənin birmənalı qarşılanmayan başqa bir fikri isə Şah İsmayılın damarında xristian qanı axması, buna görə də onun xristian dünyasının təsiri ilə siyasət yürütməsi haqda səsləndirdiyi iddiadır. Bu iddia ilə bağlı da fikirlərini bölüşən Mübariz Ağalarov Şah İsmayılın siyasətində və əqidəsində xristian faktoruna rast gəlinmədiyini deyib:

“Şah İsmayıl Xətai ana xətti ilə uzun bir etapda gedib yunan qadın – Dəspinə xatuna (Feodora) çıxır. Xətainin nənəsi Dəspinə xatun xristian idi. Amma bunun Şah İsmayıl Xətainin siyasətinə, mahiyyətinə heç bir dəxili yoxdur. İnsanın damarlarında nənəsinin qanı axmır, ata şəcərəsinin qanı axır. Bildiyiniz kimi, Ağqoyunlular dövlətinin yunanlarla qohumluq əlaqələri var idi. Amma biz Ağqoyunlu dövlətinə “xristian dövləti” demirik, heç vaxt da deyə bilmərik. Bu prizmadan yanaşsaq, nənə-nəvə məsələsinə görə Şah İsmayılın xristian əqidəsində olmasını demək gülünclükdür. Şah İsmayılın məktublarında, yazılarda xristian faktoruna dair heç bir nümunəyə rast gəlinmir. Bu cür fikirlər Səfəvilər dövlətini dərin bilməyən alimlərin ideoloji simulyasiyasıdır. Təklif edirəm ki, gedib ciddi mənbələri oxuyub, məsələnin mahiyyətini tam öyrənsinlər.

Son olaraq bir tövsiyəm də budur ki, qızılbaşlıq ideologiyasını başa düşmək istəyənlər sufiliyi dərindən öyrənməlidirlər. Sufiliyi dərk etməyən insanın qızılbaşlıqdan danışmağa haqqı çatmır. Bu məsələlərdə ehtiyatlı olmaq lazımdır”.

Tarix
2017.03.03 / 17:11
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla