Yuxarı

Hələbli “Pianoçu”nun dramı dünya mediasında

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hələbli “Pianoçu”nun dramı dünya mediasında

Fransız AFP xəbər agentliyi Hələbdə yaşayan 70 yaşlı Məhəmməd Muhiddin Anisin köhnə avtomobillərdən ibarət kolleksiyasını göstərməklə, Suriyada 6 ildir davam edən döyüşün səbəb olduğu insanlıq dramını hüznlü bir insan hekayəsi kimi gözlər önünə gətirib.

Kult.az xəbər verir ki, 1970-ci illərdə İspaniyada tibb təhsili aldıqdan sonra avtomobillərə hədsiz sevgisi olan Anis “Fiat” avtomobil şirkətində tərcüməçi kimi fəaliyyətə başlayır. Bundan sonra o, 30 avtomobildən ibarət kolleksiya yaradır. Lakin sevgi ilə qurulan bu kolleksiya Şam rejiminin bombardmanı zamanı böyük zərər görür. Nəticədə 20 avtomobilini xilas edən Anis hazırda avtomobilləri ilə birlikdə xarabalıqda yaşayır.

Onun həyat tərzi İkinci Dünya müharibəsindən bəhs edən "Pianoçu" filmindəki səhnələrə bənzədilir.

Qeyd edək ki, Londondakı Suriya İnsan Haqları Müşahidə Evi Suriyada 6 ildir davam edən vətəndaş müharibəsi nəticəsində ən azı 465 mindən çox adamın zərər gördüyünü bildirib. Müharibə 321 mindən çox adamın həyatına son qoyub, 145 min adam isə itkin düşüb.

Tarix
2017.03.15 / 23:42
Müəllif
Turanə Məmmədli
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla