Yuxarı

Niderlandlı pianoçunun Bakı sevgisi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Niderlandlı pianoçunun Bakı sevgisi

Hollandiyada yayımlanan http://romanticnationalism.net internet Ensiklopediyasında dahi bəstəkarımız Üzeyir Hacıbəyovla bağlı məqalə yerləşdirilib.

Bu haqda Kult.az-a Çanaqqala 18 Mart Universitetinin professoru, şair Məmməd İsmayıl məlumat verib. O bildirib ki, məqalənin müəllifi Amsterdam Universitetinin müəllimi, Azərbaycan ədəbiyyatı və incəsənətinin tədqiqatçısı Sara Krombaçdır.

“Sara xanım eyni zamanda Haaqa Kral Konservatoriyasını bitirib, ölkəsində və Avropada tanınmış pianoçudur. Sara Krombaçın olduqca zəngin repertuarı var. Bax, Bethoven, Şopen və digər dünya klassiklərinin əsərləri ilə birlikdə, Üzeyir Hacıbəyov və Fikrət Əmirov, Qara Qarayev kimi bəstəkarlarımızın əsərləri də onun proqramında önəmli yer tutmaqdadır. İndiyə kimi bir çox musiqi albomu işıq üzü görüb. Bu albomlarda türk və Azərbaycan bəstəkarlarının əsərlərinə də geniş yer ayrılıb.

Bunlarla yanaşı, Sara Krombaç bir elm adamı kimi Azərbaycanla bağlı bir çox araşdırmalar aparıb. Yeri gəlmişkən onu da deyək ki, müdafiəyə hazır olan elmi işi, ünlü Azərbaycan elm adamı, tarixçi Ziya Bünyadovun həyat və yaradıcılığına həsr olunub”, - M.İsmayıl deyib.

M.İsmayıl onu da əlavə edib ki, Sara Krombaç Azərbaycan mədəniyyətini, insanlarını daha yaxından tanımaq üçün dilimizi öyrənmək istəyir. Amma Amsterdamda Azərbaycan türkcəsi dil kursaları olmadığından türkcə kurslarda dərs alır.

Tarix
2017.07.07 / 01:36
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla