Yuxarı

Müslüm Maqomayevə həsr olunan mədəniyyət axşamı keçirildi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Düsseldorf şəhərindəki Robert Şuman Konsert Zalında SSRİ xalq artisti, dünya şöhrətli müğənni Müslüm Maqomayevin anadan olmasının 75-ci ildönümünə həsr olunan mədəniyyət axşamı keçirilib.

Kult.az xəbər verir ki, tədbir Düsseldorf şəhərinin meriyasının himayəsi altında Müslüm Maqomayev Mədəniyyət Fondu ilə tərəfdaşlıqda Azərbaycanın Almaniyadakı diasporunun təmsilçisi Lalə Süleymanovanın rəhbərlik etdiyi “Pinocchio e.V.” cəmiyyəti tərəfindən təşkil edilib.

Tədbirdə Nordrayn Vestfaliya əyalətinin deputatları Filip Taser və İonis Vatalis, Düsseldorf Əcnəbilər Şurasının sədri Katarina Kabata, Müslüm Maqomayev Fondunun baş direktoru Marqarita Kosareva, Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Marat Kəngərlinski, Rusiyanın Düsseldorfdakı baş konsulunun müavini Valeriy Sidorov qonaq qismində iştirak ediblər.

Açılış mərasimində çıxış edən qonaqlar Müslüm Maqomayevin həyat və yaradıcılığı, müğənnilik istedadı haqqında söhbət açıb, ürək sözlərini bölüşüblər.

Konsertdə “Xəzər virtuozları” kamera orkestrinin müşayiəti ilə opera solistləri İlham Nəzərov, Dəmir və Tatyana Zakirovların ifalarında dünya korifeylərinin əsərlərindən və Müslüm Maqomayevin repertuarından mahnılar səslənib. Çexiyada yaşayan şair Lalə Cəfərova isə dünya şöhrətli müğənninin xatirəsinə həsr etdiyi şeirini oxuyub. Konsert boyu Müslüm Maqomayevin məşhur mahnılarının videoyazıları nümayiş etdirilib.

Sonda Müslüm Maqomayev Fondunun prezidenti, mərhum müğənninin həyat yoldaşı Tamara Sinyavskaya çıxış edərək təşkilatçılara, ifaçılara və qonaqlara dərin minnətdarlığını bildirib.

Tarix
2017.09.25 / 22:22
Müəllif
Kult.az
Digər xəbərlər

Rusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq

Şahin Şıxlinski sərbəst buraxıldı

Azərbaycan Polisi 107 yaşında!

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla