Yuxarı

Firuz Səxavət ABŞ səfirliyini aldadıb

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ABŞ səfirliyi tanınmış xanəndə Firuz Səxavətə viza verməkdən imtina edib.

Hadisə şahidlərinin Axar.az-a verdiyi məlumata görə, bundan bərk qəzəblənən xanındə səfirliyi ədalətsizlikdə suçlayıb və onların bu qərarından şikayət edəcəyini uca səslə bəyan edib.

Viza verilməməsinin səbəbi isə bir neçə ay əvvəl Firuz Səxavətin ABŞ səfirliyini aldatması ilə izah edilir. Bildirilir ki, bir neçə ay öncə Firuz Səxavət ABŞ-a gəzməyə getmək istədiyini bildirərək, viza alıb. Amma əslində isə ABŞ-da konsert verməyə gedib.

F.Səxavət ölkəyə döndükdən sonra ABŞ-ın müvafiq qurumları xanəndənin bu ölkəyə konset verməyə gəldiyini müəyyənləşdiriblər və qanunvericiliklərinə uyğun olaraq, vergi verməyən bu "turisti" qara siyahıya daxil ediblər.

Bir neçə gün öncə isə F.Səxavət yenidən ABŞ-dan aldığı konsert təklifini qəbul edib və ABŞ-ın ölkəmizdəki səfirliyinə müraciət edib. Səfirlik isə bu gün tanınmış xanəndəyə viza verməkdən imtina qərarını açıqlayıb.

Hadisə ilə bağlı Axar.az-a açıqlama verən F.Səxavət bildirdi ki, o, ABŞ-a konsert verməyə yox, ad gününə getmək istəyirmiş:

Onun sözlərinə görə, viza səbəbsiz yerə verilməyib:

"Biz müraciət etdik. Ancaq viza verilmədi. Niyə verilmədi, mən bunu bilmirəm".

F.Səxavət bu səfərinin ABŞ-a ilk gedişi olacağını da dedi:

"Bu mənim ABŞ-a birinci səfərim olacaqdı. Biz səfərimizi noyabr-dekabr aylarına planlaşdırmışdıq. Bu ölkədə dostlarımız var və bizi ora dəvət etmişdilər. Konsert yox, ad günü olacaqdı və biz də ad günündə iştirak etmək üçün gedəcəkdik. Təbii ki, musiqi kollektivi ilə getmək fikrimiz var idi. Lakin qismət olmadı".

Tarix
2014.07.31 / 17:57
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla