Yuxarı

Sultana göndərilən məktub 119 il sonra: yəhudilər nə istəyib?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sultana göndərilən məktub 119 il sonra: yəhudilər nə istəyib?

Sionuzmin qurucusu və ilk yəhudi dövləti yaradılması fikrini ortaya atan Teodor Herlzın Osmanlı sultanı II Əbdülhəmidə göndərdiyi məktub ilk dəfə üzə çıxarılıb.

Kult.az Qaynarinfo-ya istinadla xəbər verir ki, məktubda iddia edilənlərin əksinə Herlzın Osmanlı sultanından torpaq deyil, yerləşmək üçün ərazi istədiyi və bunun qarşılığında da Osmanlı dövlətinə limitsiz kredit təklif etdiyi qeyd olunub.

Arxiv məlumatlarına görə, şəxsən Herlz tərəfindən II Əbdülhəmidə ünvanlanan məktub dövrün xarici işlər naziri Artin Paşa tərəfindən birbaşa sultanın özünə çatdırılıb.

Məktub 30 aprel 1899-cu il tarixdə Vyana, Vin-Verinq, Karl Lüdviq küçəsi 50 ünvanından göndərilib.

"Mütəvvəfa Mösyö de Nevlinskinin xatirəsini yad edərək sizə müraciət etməyimə icazə vermənizi rica edirəm. Mösyö de Nevlinski padşahın sadiq bəndələrindən və Dövləti Aliyyənin səmimi dostlarındandır", ifadələri ilə bağlayan məktubda Herlz sionizmin müxtəlif ölkələrdə təzyiq altında qalan çarəsiz yəhudilər üçün davamlı və təhlükəsiz bir mühit yaratmaq istəməsi məqsədlərindən söz açır.

"Padşahın icazəsi ilə mümkün olsa sığınacağın Fələstində yaradılmasını istəyirik. Yəhudi mühacirlər bu vaxta qədər heç bir zaman rejimə qarşı etiraz göstərməyən yəhudi təbəəsi kimi padşaha sadiq qalacaqlar. Bölgədə yaradılacaq bütün müəssisələr dövlətə vergi verəcək, bu vilayətin və bütün ölkənin zənginliyini artıracaq", - məktubda qeyd olunub.

Herlz məktubun davamında limitsiz kredit verəcəklərini, bunun üçün Londonda Müstəmirat-i Musəviyyə Bankını yaratdıqlarını qeyd edib: "Osmanlı dövləti bizi qonaqpərvər şəkildə qarşılayacağı təqdirdə, hökumət üçün xidmətlərimiz sadəcə vergi və kreditlə məhdudlaşmayacaq".

Məktubdan sonra Herlz Osmanlı sultanı ilə görüşə nail olsa da, sultan sionistlərin təklifini qəbul etmir və yəhudilərin Fələstində yerləşmələrinə razı olmur.

Tarix
2018.04.03 / 23:44
Müəllif
Kult.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla