Yuxarı

Qazan xanın ziyarət etdiyi Azərbaycan şeyxi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazan xanın ziyarət etdiyi Azərbaycan şeyxi

Şeyx Zahid Gilani Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddinin ustadı olub. “Şeyx Səfi təzkirəsi”ndə xüsusi maraq doğuran məsələlərdən biri məşhur Elxani hökmdarı Qazan xanın Şeyx Zahid Gilanini ziyarət etməsi və ona böyük ehtiram göstərməsi ilə bağlıdır. Bu fakt Şeyx Zahid Gilaninin o dövrdə böyük nüfuz və kəramət sahibi olduğunu göstərir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutundan Kult.az-a verilən məlumata görə, bunu institutun “Mənbəşünaslıq və tarixşünaslıq” şöbəsinin müdiri, professor Şahin Fazil “Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani” adlı beynəlxalq simpoziumda çıxışı zamanı deyib. Simpoziumun təşkilatçıları AMEA-nın Tarix İnstitutu, Lənkəran Dövlət Universiteti, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türkiyənin Nəcməddin Ərbakan Universitetidir.

Lənkəran şəhərində keçirilən simpoziumda Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev, Nəcməddin Ərbəkan Universitetinin professoru Əhməd Taşkın, Kastamonu Universitetinin professoru Cövdət Yaquboğlu, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent Dilavər Əzimli və başqaları çıxış ediblər. Tədbirdə AMEA-dan Tarix İnstitutunun ortaəsrşünas alimlərinin, Lənkəran Regional Elmi Mərkəzin direktor müavini Mayis Cəfərovun və başqalarının məruzələri dinlənilib.

Simpoziumda bildirilib ki, müasir mərhələdə dünyanın ən güclü səfəvişünaslıq məktəbi məhz Azərbaycanda - Tarix İnstitutundadır.

Dilavər Əzimli qeyd edib ki, Şeyx Zahid Gilaninin yüz min müridi (şagird) olub. Diqqətə çatdırılıb ki, Şeyx Zahid Gilani 1218-ci ildə Lənkəran rayonunun Siyəvar kəndində anadan olub. Rayonun Şıxəkəran kəndində yerləşən Şeyx Zahid türbəsi ölkəmizin tanınmış ziyarətgahlarından biridir. Türbə Nazirlər Kabinetinin qərarına əsasən, yerli əhəmiyyətli tarixi abidə kimi qeydiyyata alınaraq qorunur.

Beynəlxalq simpoziuma Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Rusiya, İran və Bolqarıstandan olan tədqiqatçılar da məruzələrini təqdim ediblər.

Qeyd edək ki, Lənkərandakı simpoziumdan əvvəl AMEA-nın Tarix İnstitutunda Şeyx Zahid Gilaninin 800 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.

Tarix
2018.12.15 / 20:51
Müəllif
Kult.az
Digər xəbərlər

Zahid Orucdan ittihamlara cavab: Kimliyindən asılı olmayaraq...

Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas

Bakı ilə komissiya yaradılıb, proses davam edir - Simonyan

Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər

Mehdiyev işdən çıxandan sonra "prezident otağına" niyə qayıdıb?

ABŞ admiralı Azərbaycana təşəkkür etdi

Ramiz Mehdiyev bunlardan məhrum ediləcək

Mehdiyevin ətrafındakı deputatlar: Ona “ata” deyən...

Ramiz Mehdiyevin şəbəkəsində kimlər var? - Adlar açıqlandı

Ramiz Mehdiyevin siyasi planları: Hamısı ifşa olunacaq!

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla