Yuxarı

Kamal Abdulla Mübariz mükafatı verəcək

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kamal Abdulla Mübariz mükafatı verəcək

Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə təşkil edilən "Mübariz İbrahimov - vətənpərvərlik nümunəsi" mövzusundakı yazı müsabiqəsinə yekun vurulub.

Azərbaycan Dillər Universitetindən Kult.az-a verilən məlumata görə, artıq qaliblər bəllidir. Qaliblərin mükafatlandırılması mərasimi isə Milli Qəhrəmanımızın doğum günündə - 7 fevral 2019-cu il tarixində saat 12:00-da Azərbaycan Dillər Universitetinin akt zalında keçiriləcək.

Müsabiqənin münsiflər heyətində Kamal Abdulla, İlham Tumas, Sərraf Balaxan, Ağa Cəfərli və Şahin Sərdarlı təmsil olunur. Müsabiqədə 300 nəfərə yaxın şəxs iştirak edib. İştirakçılar arasından 1 nəfər 1-ci yerə, 2 nəfər 2-ci yerə, 3 nəfər 3-cü yerə, 7 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.

Qeyd edək ki, müsabiqənin mükafatlandırma məbləği 1150 manat təşkil edir. Müsabiqənin maliyyəsini tanınmış yazar Şahin Sərdarlı və ADU-nun bəzi müəllimləri şəxsi təşəbbüsləri ilə formalaşdırıblar.

Tarix
2019.02.06 / 00:06
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Prezident İtaliya Nazirlər Şurası sədrinin müavinini qəbul etdi

Batum sazişində Ermənistan ərazisi bu qədər idi

Paşinyan yeni Konstitusiya ilə bağlı xalqa müraciət etdi

Vyetnamla əlaqələr gələcəyə hesablanıb...

Uğurlarımızın təməlində dayanan fəlsəfə... - Prezident

Ermənistanda Konstitusiya layihəsi dərc olundu - Mühüm detal

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla