Yuxarı

Türk miraslarının bəziləri təhlükə altındadır - Əfəndiyeva

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sadəcə keçmiş hadisələrdən ibrət götürərək, gələcək nəsillər üçün daha yaxşı bir gələcək qura bilərik. Bunun ən parlaq müasir örnəklərindən biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan “Bakı prosesi”nin bir hissəsi kimi Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumudur. Bu Forum çərçivəsində keçirilən “Türkdilli ölkələr arasında dialoqun qurulmasında böyük İpək Yolunun rolu” dəyirmi masada türkdilli xalqlarının mədəniyyətinin inkişafı, onun dünya mədəniyyətinə töhfələri müzakirə olundu. Böyük İpək Yolu boyunca çox sayda türk dünyası miraslarını müşahidə edə bilərik, Təəssüf ki, bu mirasların bəziləri Dağlıq Qarabağın işğal edilmiş ərazilərində olduğu kimi təhlükə altındadır. İnanıram ki, səylərimiz türk dünyasının vacib miraslarının qorunması üçün birləşdirilməlidir.

Kult.az xəbər verir ki, bu fikri Parisdə UNESKO-nun mənzil qərargahında keçirilən “Böyük Çöl: onun mədəni mirası və dünya tarixində rolu” Forumunun açılış mərasimində çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva söyləyib.

Bildirib ki, türk xalqları Avrasiya qitəsinin formalaşmasında mühüm rol oynayıblar. Qədim Böyük İpək Yolunun fəaliyyət göstərməsi üçün tolerantlıq, sülh və anlaşma şəraitinin yaradılmasının vacibliyini vurğulamaq daim maraqlıdır. Türk xalqlarının tarixində müxtəlif mədəniyyətlərə və inanclara qarşı böyük tolerantlığı müşahidə olunur. Tarix boyunca türk xalqları eyni vaxtda və ya ardıcıl olaraq xristianlıq, yəhudilik, buddizm və İslam kimi universal dünya dinlərini praktikada tətbiq etmişlər. "Məndə sığar iki cahan, mən bu cahana sığmazam” deyən İmadəddin Nəsimi o dövrün bəzi insanlarının nə dərəcədə fəlsəfi düşüncəyə malik olmasının göstəricisidir.

Forumun təşkilinə görə Beynəlxalq türk Akademiyasına, UNESKO-ya təşəkkürünü bildirən G. Əfəndiyeva bildirib ki, Forum ümumi məqsədlərə nail olmaq istiqamətində görülən işlərə dair fikirlərin toplanmasına, mübadiləsinə və gələcəkdə atılacaq ümumi addımların planlaşdırılmasına imkanı verir. “Mədəni, tarixi irsimizin, türk dünyası mədəniyyətinin təbliğ edilməsində və yayılmasında həqiqətən çox çətinliklərimiz var. Araşdırmalar apardıqca onun zənginliyi hamını təəccübləndirir. İnanıram ki, hər birimiz öz səviyyəsində və sahəsində onun mümkün qədər çox yayılmasına və tanıdılmasına töhfə verəcək”, - deyə G.Əfəndiyeva diqqətə çatdırıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti qeyd edib ki, Qazaxıstan Respublikasının birinci prezidenti Nursultan Nazarbayevin irəli sürdüyü "Böyük Çöl" konsepsiyasının coğrafi cəhətdən, eləcə də mədəniyyət baxımından geniş sahəni əhatə edir. Konsepsiya ümumi fikirləri qoruyan və yaymaqda kömək edə biləcək bir yanaşma irəli sürür. Forumun mövzusunun ümumi türk tarixinin və onu dünyaya təqdim etmək yollarının əsas mərhələlərini göstərir. Bütün türkdilli xalqların eyni əcdadı və mədəni mirası paylaşdığını unutmamalıyıq. “Kitabi-Dədə Qorqud”, “Manas”, Yusif Hacib Balasaqunlunun “Qutadqu-bilik” eposlarından müasir dövrlərə qədər tariximizdə bir çox epizodlar birliyimizi əks etdirir.

“Düşünürəm ki, belə işlərimizlə birlikdə tariximizi daha yaxşı dəyərləndirilməsinə, eləcə də dünyada tanıdılmasına nail ola bilərik. Türk dünyasının görkəmli simalarından Aşıq Veysəlin dediyi kimi “Biz uzun və incə yoldayıq”. İnanıram ki, bu Forum məqsədlərimizə çatmağa töhfələr verəcək və uğurlu olacaqdır”,- deyə G. Əfəndiyeva bildirib.

Tarix
2019.05.15 / 18:31
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla