Yuxarı

Atropatena ilə bağlı mühüm nəticə əldə edildi - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən aydan etibarən Azərbaycan-ABŞ beynəlxalq arxeoloji ekspedisiyası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Oğlanqala yaşayış yerində Atropatena dövrünə aid olan mədəni təbəqəni tədqiq edir. Ekspedisiya iyunun 30-dək ərazidə fəaliyyət göstərəcək.

Kult.az Azərtac-a istinadən xəbər verir ki, artıq ekspedisiyanın apardığı araşdırma nəticəsində Atropatena dövrünə aid ictimai binanın qalıqları ortaya çıxarılıb, Oğlanqalanın Atropatena dövlətinin əsas əyalət mərkəzlərindən biri olduğu müəyyənləşdirilib. Arxeoloji araşdırmalar Atabəylər dövründə də Oğlanqalada intensiv yaşayış olduğunu təsdiqləyir. Bu da bir daha sübut edir ki, Oğlanqalanın tədqiqi ölkəmizin tarixi ilə bağlı daha mühüm nəticələr verəcəkdir.

Qeyd edək ki, Azərbaycan-ABŞ beynəlxalq arxeoloji ekspedisiyası 2008-ci ildən başlayaraq Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonları ərazisində arxeoloji tədqiqatlar aparır. Arxeoloji tədqiqatlar başlıca olaraq Oğlanqala və Qızqala yaşayış yerlərində və onun ətrafında aparılıb.

Ekspedisiyanın rəhbərləri AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev və ABŞ-ın Pensilvaniya Universitetinin professoru, arxeoloq Lauren Ristvetdir. Avstraliyanın Monash Universitetinin professoru Hilary Gopnik, Oksford Universitetinin doktoru Selin Nugent, Pensilvaniya Universitetinin arxeoloqu Robert Bryant və tələbəsi Jennifer Sverida, Pensilvaniya Muzeyinin bərpaçısı Tessa de Alarcon Martin, AMEA Naxçıvan Bölməsinin gənc əməkdaşları Elmar Baxşəliyev və Kamran Mehbalıyev isə ekspedisiyanın üzvləridir. Arxeoloji qazıntılara Pensilvaniya və Monash universitetlərinin 5 tələbəsi də cəlb olunub.

2008-2011-ci illərdə Oğlanqala yaşayış yerində arxeoloji qazıntılar aparılıb, yaşayış yerinin mərkəzi hissəsinin böyük bir qismi tədqiq edilib, Oğlanqala sitadelinin və onu əhatə edən müdafiə divarlarının planı müəyyənləşdirilib. Tədqiqatlar zamanı Oğlanqala sitadelinin və onun qala divarlarının memarlıq xüsusiyyətlərinin, qonşuluqda yerləşən Urartu dövlətinin memarlığından tamamilə fərqli olduğu müəyyənləşib. Araşdırma zamanı Arpaçay vadisində Oğlanqala və Qızqala yaşayış yerlərini əhatə edən 480 hektar sahədə şəhər-dövlətin mövcud olduğu müəyyən edilib. Bu şəhər-dövlət Azərbaycanın şimalında urartulara qarşı mübarizənin əsas mərkəzi olub və urartuların Naxçıvanı işğal etməsinə imkan verməyib. Urartular dəfələrlə bu əraziyə basqın etsələr də, geri çəkilməyə məcbur olublar. Müəyyən edilib ki, Oğlanqala şəhər-dövləti Azərbaycanın şimal və qərb bölgələrində möhkəmlənən Etiuni konfederasiyası və skiflərlə ittifaqda olub və urartuları dəfələrlə məğlub ediblər. Urartu hökmdarı I Rusanın yazılarında onların bu məğlubiyyətindən bəhs olunub. Beynəlxalq ekspedisiyanın əldə etdiyi nəticələr “Amerikan Arxeoloji Jurnalı”, “İranica Antica” kimi nüfuzlu və Tomson Science indeksinə daxil olan nəşrlərdə və digər beynəlxalq məcmuələrdə verilib, həmçinin bununla bağlı beynəlxalq konfranslarda məruzələr edilib.

Arxeoloji ekspedisiya 2012-2017-ci illərdə həm kəşfiyyat xarakterli araşdırma, həm də Qızqala yaşayış yerində qazıntı aparıb. Qızqala yaşayış yerində aparılan araşdırmalar zamanı Naxçıvanın Orta Tunc dövrü mədəniyyəti öyrənilib, Naxçıvanın Şimal-Qərbi İran, Şərqi Anadolu və Cənubi Qafqazda yayılan Boyalı qablar mədəniyyətinin mərkəzi olduğu, Orta Tunc dövrünə aid ən qədim qalatipli yaşayış yerlərinin Naxçıvanda yerləşdiyi müəyyənləşdirilib. Ekspedisiyanın əldə etdiyi nəticələrlə bağlı beynəlxalq konfranslarda məruzə olunub, beynəlxalq məcmuələrdə məqalələr nəşr edilib. Həmçinin bu il Qızqala yaşayış yeri haqqında “Tomson Science” indeksinə daxil olan “TUBA-AR” jurnalında məqalə nəşr olunacaq.

Tarix
2019.06.10 / 19:19
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla