Yuxarı

Suriyalı alim Nəsimidən danışdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suriyalı alim Nəsimidən danışdı

Suriyanın məşhur “Əl-Adiyyat” jurnalının baş redaktoru Məhəmməd Qoca Feysbuk sosial şəbəkəsindəki səhifəsində Azərbaycan Respublikasında “Nəsimi ili” münasibətilə öz Bakı xatirələrini bölüşüb.

Kult.az xəbər verir ki, tanınmış alim Məhəmməd Qoca Feysbuk paylaşımında 2008-ci ildə Suriyanın Hələb şəhərində Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr edilmiş beynəlxalq elmi konfransda akademik Bəkir Nəbiyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti ilə görüşünü, həmçinin bir il sonra Bakıda keçirilmiş “Nəsimi konfransı”nda iştirakını məmnunluq hissi ilə xatırlayır.

Qeyd edir ki, 2009-cu il dekabrın 13-də o, Hələb müftisi doktor Məhmud Ükkəmin, doktor Üssam Qəssabçının və şair, tədqiqatçı Məhəmməd Kamalın daxil olduğu nümayəndə heyətinin tərkibində Bakıya gəlib. Məhəmməd Qoca şəhərimizdə gəzib tanış olduqları tarixi məkanların, o cümlədən İçərişəhərin dar dalanlarının, tarixi abidələrinin, qəsrlərin, karvansaraların Hələbdəki məkanlara nə qədər bənzədiyini, hətta insanların üzlərinin belə hələbliləri xatırlatdığını, burada doğmalıq hiss etdiklərini qeyd edir. O, İmadəddin Nəsimini Hələblə Bakı arasında doğmalığın, bağlılığın səbəblərindən biri kimi göstərir.

Məhəmməd Qoca bildirir ki, Bakı şəhərində İmadəddin Nəsimini yada salan çox şey var: “Nəsimi” meydanı, metronun “Nəsimi” stansiyası, şəhərin inzibatı bölgüsündə ən böyük rayon isə “Nəsimi rayonu”dur.

Tarix
2019.06.14 / 00:39
Müəllif
Kult.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla