Yuxarı

Bakını açıq səma altında muzeyə çeviriblər - Zaxarova

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakını açıq səma altında muzeyə çeviriblər - Zaxarova

Bakıya yenidən gəlişimdə şəhərin daha da gözəlləşdiyinin şahidi oldum.

Kult.az xəbər verir ki, bu fikirləri Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın TASS agentliyinin jurnalisti Səadət Kadırovanın “Kadyrova.online” Yutub kanalında yayımlanan “Meçtı sbıvayutsya” (“Arzular gerçəkləşir”) adlı müəllif verilişində ötən ilin yayında Bakıya səfəri, “Jara” festivalının açılışında iştirakı barədə təəssüratlarını bölüşərkən deyib.

Bakıda çox yaxşı qarşılandığını qeyd edən M.Zaxarova deyib: “Gözəl qarşılandım. Bu, çox xoşuma gəldi. Mən bu şəhəri çox sevirəm. Hesab edirəm ki, bu şəhəri açıq səma altında muzeyə çeviriblər. Mən müasir Bakını təxminən altı il bundan əvvəl görmüşdüm və buraya yenidən gəlişimdə şəhərin daha da gözəlləşdiyinin şahidi oldum. Neftin qiymətlərinin aşağı düşdüyü bir vaxtda Azərbaycanın turizmə sərmayə yatırması əhəmiyyətli rol oynadı”.

M.Zaxarova, həmçinin Bakıda Xalça Muzeyini ziyarət etməsindən danışıb. O deyib: “Sən hər regionun öz xalçaçılıq məktəbinin olduğunu və bu məktəbin qorunub saxlandığını görürsən. Bu, fantastikadır”.

M.Zaxarova Azərbaycan mətbəxi barədə də fikirlərini bildirib. O, günəşin, dənizin və mətbəxin - Azərbaycanda hər şeyin onun xoşuna gəldiyini qeyd edib.

Tarix
2019.06.16 / 01:02
Müəllif
Kult.az
Digər xəbərlər

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

Hakan Fidan Ceyhun Bayramovu qarşıladı

Əli Əsədov Gürcüstana gedir

Azərbaycan XİN Türkiyəni təbrik etdi - Foto

Əliyevdən Ərdoğana: Sınaqlardan çıxmış əsl dostluq...

İlham Əliyev Ərdoğana məktub göndərdi

Ceyhun Bayramov Türkiyəyə getdi

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla