Yuxarı

Nazir Pireslə görüşdü - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir Pireslə görüşdü - Foto

Mədəniyyət naziri Əbülfəs Qarayev iyulun 5-də UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edən Braziliyanın mədəniyyət məsələləri üzrə katibi (nazir) Enrike Pires ilə görüşüb.

Kult.az xəbər verir ki, Əbülfəs Qarayev ölkəmizin mədəni irsi haqqında söhbət açıb. Bildirib ki, mədəniyyətimizin daha da inkişaf etdirilməsi və dünyada təbliği dövlətin əsas prioritetlərindən biridir. Bunun üçün müxtəlif layihələr həyata keçirilir, festivallar təşkil olunur.

Nazir iki ölkə arasında əlaqələrə toxunaraq mədəniyyət, xüsusilə musiqi, kino sahəsində əlaqələrin inkişafının böyük perspektivləri olduğunu deyib.

Henerique Pires ölkəmizin zəngin mədəniyyəti ilə bağlı məlumatlı olduğunu bildirib. O, Braziliyada Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrindən biri olan “Əli və Nino” romanının çox sevildiyini, əsərin portuqal dilində artıq ikinci nəşrinin hazırlandığını diqqətə çatdırıb.

Qonaq mədəniyyət sahəsində əlaqələrin inkişafında maraqlı olduqlarını qeyd edərək, bu xüsusda qarşılıqlı səfərlərin təşkilinin vacibliyini də vurğulayıb. O, həmçinin Ümumdünya İrs Komitəsinin Bakı sessiyasının dünyada mədəni irsin qorunmasına töhfə verəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2019.07.06 / 00:27
Müəllif
Kult.az
Digər xəbərlər

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla