Yuxarı

Əbülfəs Qarayev bu ölkənin səfiri ilə görüşdü - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əbülfəs Qarayev bu ölkənin səfiri ilə görüşdü - Foto

Avqustun 1-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Qazaxıstanın ölkəmizdəki səfiri Beybit İsabayevi səlahiyyət müddətinin sona çatması münasibətilə qəbul edib.

Mədəniyyət Nazirliyindən Kult.az-a bildirilib ki, səfir Beybit İsabaev Azərbaycanda çalışdığı müddət ərzində ölkələrimiz arasında mədəniyyətin qarşılıqlı maraq kəsb edən sahələrində əməkdaşlıqdan və həyata keçirilmiş işlərdən söhbət açıb. Səfir ölkəmizdəki diplomatik fəaliyyəti dövründə keçirilən çoxsaylı tədbirlərin xalqlarımızın daha da yaxınlaşması baxımından əhəmiyyətini vurğulayıb.

Əbülfəs Qarayev Azərbaycan-Qazaxıstan arasında mədəniyyət sahəsində ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb və ölkələrimizin bir-birinə qarşılıqlı dəstək verməsindən məmnunluğunu dilə gətirib.

Nazir Azərbaycanda səfir kimi səlahiyyət müddətinin başa çatan Beybit İsabayevə cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşün sonunda səfir qəbula görə Əbülfəs Qarayevə minnətdarlığını bildirib, bundan sonra da iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində əlindən gələni əsirgəməyəcəyini qeyd edib. Beybit İsabayev həmçinin Azərbaycanı daim xoş təəssüratla xatırlayacağını bildirib.

Tarix
2019.08.01 / 20:40
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla