Yuxarı

Fironun xəzinəsinin nümayiş etdirildiyi sərgidə - Rekord

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fironun xəzinəsinin nümayiş etdirildiyi sərgidə - Rekord

Parisdə Misir fironu Tutanhamonun xəzinəsinin nümayiş etdirildiyi sərgiyə gələnlərin sayı rekordlar vurur.

Kult.az Azərtac-a istinadən xəbər verir ki, sərginin bağlanmasına iki həftədən bir qədər artıq vaxt qalmasına baxmayaraq, onu artıq 1,37 milyon adam ziyarət edib. Bu da Fransanın bütün tarixi ərzində ən böyük göstəricidir.

Sərgi martın 23-də Parisin La-Vilett parkındakı Qrandal (Grande Halle) mərkəzində açılıb. Ekspozisiyada eramızdan əvvəl 1332-1323-cü illərdə firon olmuş Tutanhamonun sərdabasından 150-dən çox artefakt, o cümlədən zinət əşyaları, heykəllər, mərasim əşyaları nümayiş etdirilir. Bu əşyaların üçdəbir hissəsi Misirin hüdudlarından kənarda ilk dəfə sərgilənir. Luksor yaxınlığındakı “Padşahlar vadisi”ndə yerləşən Tutanhamon sərdabası 1922-ci ildə britaniyalı arxeoloq və misirşünas Hovard Karter tərəfindən aşkar edilib.

Ziyarətçilərin axını azalmadığına görə ekspozisiyanın iş vaxtı artırılıb. Son üç həftə ərzində Qrandal hər gün öz qapılarını səhər saat 8:30-dan ziyarətçilərin üzünə açır. Təşkilatçılar iyun ayında sərgini bir həftə müddətinə - sentyabrın 22-nə qədər uzadıblar.

Əvvəlki rekord 1967-ci ildə müəyyən olunub. Onda Parisdəki Kiçik saray dörd ay ərzində “Tutanhamon və onun zamanı” adlı sərginin eksponatlarını canlı görmək istəyən 1,24 milyon ziyarətçi qəbul edib. 45 eksponatdan ibarət ekspozisiya o dövrdə Fransada “əsrin sərgisi” adlandırılıb. Qəzet xatırladır ki, o vaxtdan yalnız 2017-ci ildə təşkil edilmiş “Müasir incəsənətin ikonaları” ekspozisiyası 1 milyondan çox ziyarətçi toplayıb.

2018-ci ildə sərgini Los-Anceles qəbul edib. “Böyük səyahət” çərçivəsində bu artefaktlar on meqapolisdə nümayiş etdiriləcək. Onların tam siyahısı açıqlanmır. Lakin məlumdur ki, növbəti təyinat nöqtəsi London olacaq.

Yeni Padşahlığın XVIII sülaləsinin fironu Tutanhamon doqquz yaşında hakimiyyətə gəlib. O, Misiri təqribən 10 il idarə edib və 20 yaşına çatmamış vəfat edib. Onun ölümünün səbəbləri indiyədək müəyyən olunmayıb və misirşünas alimlər üçün hələ də müəmma olaraq qalır.

Tarix
2019.09.05 / 00:28
Müəllif
Kult.az
Digər xəbərlər

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla