Yuxarı

Qubada qədim daş lövhə tapıldı - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qubada qədim daş lövhə tapıldı - Video

Quba rayonunun Töhmər kəndində üzərində müxtəlif təsvirlər olan qədim daş lövhə tapılıb.

Kult.az Report-a istinadən xəbər verir ki, kənd sakini traktorla yer şumladarkən üzərində təsvirlər olan qədim daş lövhə tapıb. Kənd sakini Tofiq Osmanov artıq həmin torpaq sahəsini üçüncü ildir ki, şumlatdırdığını və hansısa tapıntıya rast gəlmədiyini bildirib.

Çəkisi 20 kiloqramdan çox, dördbucaq formada olan daş lövhənin üzərində hansısa yaşayış binasının təsviri, yay və ox işarəsi və digər məlum olmayan işarələr oyma üsulu ilə təsvir olunub. Tofiq Osmanov bildirib ki, daşı tapdıqdan sonra yuyaraq, təmizləyib evinə aparıb. O, bunu keçmişdən qalan yadigar kimi qorunması üçün müvafiq dövlət orqanlarına təhvil vermək məqsədilə etdiyini bildirib.

Onun sözlərinə görə, Töhmər kəndində tarixçilərin araşdırması üçün çox tədqiqat mərkəzləri mövcuddur.

Tapıntı diqqət çəkdiyindən əraziyə mütəxəssis göndərilməsi üçün AMEA "Arxeologiya və etnoqrafiya institutu"na müraciət edilib. Əraziyə gələn arxeoloq Qəhrəman Ağayev daşların tapıldığı ərazi ilə tanış olub və ilkin araşdırmalar aparıb.

“Tapıntılar, tam araşdırıldıqdan sonra hansı mənaları daşıdığı məlum olacaq. Ümumiyyətlə, ərazinin öyrənilərək araşdırılmasına və arxeoloji tədqiqatlar aparılmasına ehtiyac var". Q.Ağayev ərazidən müxtəlif saxsı və çini qabların qırıqlarından araşdırma üçün götürüb.

Tarix
2019.10.02 / 23:07
Müəllif
Kult.az
Digər xəbərlər

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

Ələkbərovdan Ukraynanın dağıtdığı zavodlarla bağlı açıqlama

Prezidentin HDQ qərargahını ziyarətinə dair videoçarx...

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində oldu - Foto

İlham Əliyev III Msvatini təbrik etdi

Rusiyanı diz çökdürmək strategiyası... - Fitso

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla