Yuxarı

Azərbaycan şairi almanca 145-ci dəfə nəşr edildi - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müəllimi ona Şərq poeziyasının sirlərini öyrətdi, məşhur olub varlanmasına öz töhfəsini verdi, o da müəlliminə xilaf çıxmadı, onu alman oxucusuna təqdim edərək Avropada tanıtdı. Söhbət görkəmli Azərbaycan şairi Mirzə Şəfi Vazehdən və onun alman tələbəsi Fridrix fon Bodenştedtdən gedir.

Kult.az-ın məlumatına görə, noyabr ayının 1-də "Xalq Bank"ın, “Q Gallery Berlin”nin və Azərbaycanın Almaniyadakı Səfirliyinin birgə təşkil etdiyi, dünyanın ən nüfuzlu təhsil ocaqlarından biri - Humboldt Universitetində keçirilən konfrans “Xalq əmanəti” layihəsi çərçivəsində yeni dərc olunan Mirzə Şəfi Vazehin “Bütün əsərləri”nin elmi ictimaiyyətə təqdimatına həsr olunub.

Humboldt Universitetinin professoru Eva Maria Aux çıxışında Mirzə Şəfi Vazehin yaradıcılığından, özünəməxsus poeziyasından danışıb. Vazeh yaradıcılığına rəğbət nümayiş etdirən alman professor, 3 dildə dərc olunan yeni kitabı Mirzə Şəfi Vazehə layiq olduğu ehtiram, eyni zamanda onun oxucularına qiymətli hədiyyə kimi təqdim eləyib. Universitetin əsasən Şərq ölkələri istiqamətində çalışan müəllim və tələbələrinin toplandığı konfransda həm məzmun, həm də tərtibat baxımından nəfis kitabın təqdimatını yaddaqalan hadisə kimi dəyərləndirib:

“Mənim fikrimcə, bu təkcə xoş bir gün kimi deyil, həm də vacib bir hadisə kimi yadda qalacaq. Alman-Azərbaycan mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsinin növbəti nümunəsini Mirzə Şəfi Vazeh və Fridrix fon Bodentştedt vəhdətində görürük. Məncə, bu ən uğurlu nümunələrdəndir. Mirzə Şəfi Vazehin kitabının 145 dəfə alman dilində çap olunması faktnıın özü artıq heç bir şərhə yer saxlamır”.

Azərbaycanlı dilçi alim, professor Fəxrəddin Veysəlli isə öz çıxışında auditoriya üçün Mirzə Şəfi Vazeh yaradıcılığının maraqlı nüanslarını izah eləyib. Vazeh yaradıcılığının Azərbaycan-Almaniya mədəniyyətləri arasında uğurlu körpü rolu oynadığını vurğulayan Fəxrəddin Veysəlli bu işdə Fridrix fon Bodenştedtin də xüsusi rolunu vurğulayıb.

Eyni fikirləri alman alimləri də söyləyib. Almaniyanın nüfuzlu tarixçi alimlərindən biri, professor Udo Ştaynbax deyib:

“Mirzə Şəfi Vazehin yenidən və belə gözəl şəkildə alman dilində dərc olunması məni çox sevindirdi. Maraqlısı odur ki, almaniyada Vazehin şeirlərini çox adam sevə-sevə oxuyur, amma müəllifi kifayət qədər tanımırlar. Mirzə Şəfi Vazeh və Bodenştedtin yaradıcı əlaqələrindən və bunun hər iki xalqa verdiyi gözəl tohfələrdən də kifayət qədər məlumatları yoxdur. Düşünürəm ki, bu kitab və onun universitetdə təqdimatı bu boşluğu doldurmaqda yardımçı olacaq”.

Daha sonra “Q Gallery Berlin” incəsənət mərkəzində bədii hissəsi başlayıb.

“Xalq əmanəti” layihəsinin rəhbəri Rafiq Həşimov kitabın böyük bir kollektivin 5 ildən artıq bir müddətdə çəkdiyi zəhmətin bəhrəsi olaraq ərsəyə gəlməsi barədə məlumat verib. O, ədibin 225 illiyinə təsadüf edən kitabın layihə çərçivəsində artıq 18-ci nəşr olduğunu dedi və öncəki işlərin nümayiş etdirildiyi stendi qonaqlara təqdim edib. Mirzə Şəfi Vazeh yaradıcılığıdan bəhs edən natiqlərin çıxışlarından sonra isə növbə poeziya və musiqinin olub.

Rafiq Həşimov və alman aktrisa Kristiana Foqt şairin əsərlərini azərbaycan və alman dillərində səsləndiriblər. Vazeh poeziyasını özündə əks etdirən musiqi parçaları da qonaqların çox xoşuna gəlib.

Kristiana Foqt bildirib: “Maraqlıdır ki, Vazehin şeirləri mənə Höteni xatırlatdı. Ona görə də sirli Şərq ədibinin əsərlərini ilk dəfədən həvəslə və asanlıqla səsləndirdim. Düzü dil, üslub, ritm baxımından mənə bu qədər yaxın olacağını düşünməzdim. Şeirlər ruhumu bütünlüklə vəcdə gətirdi. Etiraf edim ki, bu mənim üçün gözlənilməz oldu".

Çox gözəl ab-havada keçən gecənin yekununda isə yeni nəşrin alman, Azərbaycan və rus dillərində olan nüsxələri, eyni zamanda "Xalq Bank"ın “Xalq əmanəti” layihəsinin digər kitabları hədiyyə olaraq qonaqlara təqdim edilib.

Tarix
2019.11.05 / 21:05
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla